SİYASİ VƏ ƏDƏBİ İNTERPRETASİYANIN QƏTL VARİANTI

21:34 03-03-2019 | icon 105 | Köşə
SİYASİ VƏ ƏDƏBİ İNTERPRETASİYANIN QƏTL VARİANTI

“MONİTOR”DAN GÖRÜNƏN QƏTLDƏ TƏZADLARIN RƏMZİ

 

 

 

İGİD TEYMURLU

 

...Bu zaman kələk “dahiyanə” qurulmuşdu. Qərbin qan rəngli boyalarla çəkdiyi rəsimlərin təqdimatında iniltilər duyulurdu. Və Qərb dünyası onların mərhəmət dağarcıqlarından uman kəslərə deyil, məhz öz maraqları üçün güman yeri sandıqlarına inqilablar fonunda qoltuq ağacları paylayırdı. Sadəcə olaraq, məkan-zaman çərçivəsində aparıcı subyektlərin gerçək potensialları düzgün qiymətləndirilmədiyindən siyasi dəllaların planlaşdırdıqları nəticə -məmləkətimizi xaosa sürükləmə yaxşı ki, əldə olundu. Mən Onu BU zaman da qeyd etmişdim.

 

O zaman Azərbaycana müxtəlif rəngli inqilabları transfer etmək istəyən maliyyə maqnatları onlara dərs olacaq bir anı nəzərdən qaçırmışdılar. Gürcüstanda İlham Əliyevə hədiyyə olunan atın Saakaşvilinin əlində tutduğu inqilab rəmzi olan qızılgülü həzmi-rabedən keçirməsi növbəti dayanacaqda onların niyyətlərinin baş tutmayacağı demək idi və belə də oldu. İnqilab Azərbaycanda baş tutmadı. Siyasətdə sözlə deyilə bilməyənlərin qarşı tərəfə çatdırılması əsasən əməllə edilir. İNQİLAB RƏMZİNƏ ÇEVRİLƏN QIZILGÜLÜ YEYƏN ATIN DAVRANIŞI ZAMANIN İRONİYASI İDİ...

 

 

ELMAR HÜSEYNOVUN QƏTLİNDƏN “MONİTOR”DA GÖRÜNƏNLƏR

 

Süni partlayışlar üçün hesablanmış qəsdlər, qətllər bütün zamanlarda siyasi dramaturgiyanın əsas düyün nöqtəsi olub. Hakimiyyətə təzyiq və hakimiyyətin ələ alınması üçün bir ailənin faciəsindən şou düzənləyənlər dramaturyi xəttin kuliminasiyasında dövlətçiliyimizə dəyə biləcək zərbənin fərqində də deyildilər. O zaman yaş yarımlıq uşağı yetim qoyan siyasət dəllaları, ruhu şad olsun, “Monitor” yurnalının redaktoru ELMAR HÜSEYNOVu qətlə yetirəndə hansısa siyasi qazancın peşində idilər. Müşahidələr göstərir ki, Azadlığımızı əldə edəndən “cəmiyyət arasındakı reytinqə görə birinci bizik” deyə saçını-saqqalını yolaraq döşünə-başına vuran, fəaliyyətinlərində daha çox diffamasiyaya söykənən çağdaş mətbuatımızın səviyyəsi deyiləndən də qat-qat aşağıdır. Baş verən hadisədə ya faktlar bilərəkdən şişirdilir, ya da məsələyə münasibətdə eyforik yanaşma nümayiş etdirilir. Fərqli yanaşma, fərqli düşüncə fərqli məntiq dərhal topa tutulur. Sən istədiyini cəmiyyətə təqdim etmisən deyə nədən mənim düşüncələrim yanlış kimi qələmə verilməlidir...

“Monitor”dan Elmarın qətlinə baxılıb. Bəs ELMARIN QƏTLİNDƏN O ZAMANKI ÇƏRÇİVƏDƏ MONİTORDA GÖRÜNƏNLƏRƏ BAXILIBMI?..

 

 

ŞAHBAZ XUDUOĞLUNUN “ÇAY DƏSTGAHI” VƏ “HAMBALLIQ AXTARIŞLARI”

 

Ruhu şad olsun, Elmar Hüseynovun özü ilə şəxsi tanışlığım olmasa da, işsiz vaxtlarımda köhnə tanış oğlan kimi ŞAHBAZ XUDUOĞLUnun yanına övladlarımın dolanışığı xətrinə “nəşriyyatda hambal işi” ümidilə gedəndə çox vaxt mətybuatımızın Poliqraflarından olan Eynullanın, ara-sıra da Elmarın məclisin başında oturduğunu görər, onların çay dəstgahlarının qurtarmasını gözləyəndən sonra “axtarışım”ın müsbət sonuclanmadığına rəğmən  kor-peşiman halda bu xoşbəxt üçlükdən ayrılıb əlim ətəyimdən uzun evə qayıdardım. Allah heç kimi övladlarının qarşısında çarəsiz durumda qoymasın və Allah heç kimin övladına vaxtsız atasız, anasız qalmağı nəsib etməsin....

 

 

“MONİTYOR”DA BRAKONYER FƏRZİYYƏÇİLİK İNTELLEKTUAL FORMADA ORTAYA QOYULURDU

 

 

Mən ümumiyyətlə Bakının göbəyində oturub bir-birilə yad dildə danışan soyadsaşlarımızı sevə bilmirəm. O zaman Elmarla Eynulladan da xoşum gəlmirdi – yad dildə danışdıqlarına görə. Ancaq bu adamların  “intellektual potensialları”na ara-sıra oxuduğum yazılarından bələd idim.

Və bu bələdçilik mənim üçün bir FAKTı ortalığa qoymuşdu: “MONİTOR”DA BRAKONYER FƏRZİYYƏÇİLİK VƏ FƏRZİYYƏLƏRİN BRAKONYER NİYYƏTLƏRİ İNTELLEKTUAL FORMADA TƏQDİM OLUNURDU: ELMAR HÜSEYNOV VƏ ASLAN İSMAYILOV. BİR DƏ MƏTBUATA EYNULLALIQ JARQONUNU, POLİQRAFLIĞI HƏKK EDƏN FƏTULLAYEV ARACIYLA. Onları digərlərindən fərqləndirən cəhətlərdən biri də bu idi. Keçmişə ekskurs edib zamandaxili paralellər aparanda özlərini “real müxalifət” adlandıranların sehrli çubuqlaryla idarə olunan “azad mətbuat”çılarsa daha çox küçə psixologiyasına meyilli kimi görünürdülər. Təbii ki, belə olan halda maraqlı qüvvələr də sonrakı gedişatın mahiyyətinə varmadan daha çox işıq gələn tərəfə üz tutacaqdılar.  Bu, BİRİNCİ MƏQAM.

 

 

“İLHAM ƏLİYEV NİŞAN ALINIB, ELMAR HÜSEYNOV QƏTLƏ YETİRİLDİ”

 

“MONİTOR”DA hərdənbir iqtidarla müxalifətin tənqidində BİR BALANSIN OLDUĞUNU və bununla da demokratik yanaşmanın sərgiləndiyini bildirənlər də yanaşmalarında səmimi deyildilər. Baxanda apaydın görünürdü ki, bu yurnalda müxalifətlə bağlı yazılar daha çox ekzogen xarakter daşıdığı halda hakimiyyətə münasibətdə SANKİ HANSISA HESABATIN FƏRZİYYƏÇİLİYİnə söykənən nifrət hissi əsas yer tuturdu. Mətbuatsa fərziyyənin deyil, faktların dilini sevir. Bu da İKİNCİ MƏQAM.

O zaman ZƏRDÜŞT ƏLİZADƏ öz münasibətlərindən birində çox düzgün vurğulamışdı ki, “bu qətldə İlham Əliyev nişan alınıb, ancaq naşılıqdan Elmar Hüseynov qətlə yetirilib”...

 

 

ŞİŞİRDİLƏN ELMAR HÜSEYNOV QƏDƏRİ VƏ ELMAR HÜSEYNOVUN QƏDƏRİ

 

Məsələ burasındadır ki. həmin qətl hadisəsindən o zaman özünü “ana müxalifət” adlandıran Əli Kərimlinin rəhbərlik etdiyi Cəbhə adına iddialı olan Yurd qanadı, Müsavat Partiyası, ümumilikdə bu qruplaşma ətrafında olan siyasi qurumlar, onların kurasiyasında olan kütləvi informasiya vasitələri sanki bir yarışa girərək canla başla siyasi və ədəbi interpretasiya düzənləyirdilər. ƏMİNLİKLƏ DEYƏ BİLƏRƏM Kİ, “Elmar Hüseynov Azərbaycan mətbuatının birincisi idi” deyənlərin tam əksəriyyəti mərhum yurnalistimizin qətlinə qədər heç onu tanımır və onun yazılarıyla da tanış deyildilər. Elə indinin özündə də belədir. Üstündən illər ötüb, Elmarın məzarı üstünə o adamlardan hansı birisini onun Ruhuna dualar oxuyan görmüsünüz? Əli Kərimli o dönəmdən bu günə qədər neçə dəfə o məzara baş çəkib? Belə olan halda “birincilik”lə bağlı gəlinən qənaət nə üçündür? Bunun adı sevgi yox, baş verən qətl fonunda öz maraqları naminə xal toplamaqdır, vəssalam! HƏR ŞEY OLDUĞU QƏDƏRİNDƏ GÖZƏLDİR, əziz dostlar! Bir şey qədərindən artıq təriflənəndə o özünün gerşək qədərini də itirir. Mətbuatımızda Elmar Hüseynov Qədəri və Elmar Hüseynovun Qədəri var. O Qədərlərə hörmətlə yanaşaq.....

 

ELMARIN ÖLÜMÜ HƏM DƏ STATİST SİFƏTLƏRİ İFŞA ETDİ

 

 

DİGƏR BİR MƏQAM. “Elmar Hüseynov Azərbaycan mətbuatının ən demokratik düşüncəli yazarı olub”. Bu qənaətlə çıxış edən də rəhmətlik Elçibəyin min bir zillətlə qurub yaratdığı Xalq Cəbhəsini darmadağın edərək, Eelçibəyin güvəndiyi gəncliyi Xalq Cəbhəsindən didərgin salmaqla bu qurumun sonuna çıxmaqla xarabalıqlar üzərində özünə Yurd salan Əli Kərimli olub. Həmin bu Əli Kərimlini əgər doğrudan da, insan azadlığı, söz özgürlüyü ilgiləndirirsə, onda nədən bu kateqoriyadan olan yaşam tərzinin keşiyində dayanan Elmar Hüseynova “birinciliyi”nə, “demokratik düşüncəsi”nə görə maliyyə baxımından dayaq durmurdu? Kim də bilməsə, ən azından mətbu sfera çox gözəl bilir ki, Əli Kərimli hansı mətbu vasitələrə dayaq dururdu ki, onlar da hamısı bir yerdə  “Monitor”dan aşağı səviyyədə idilər. Nədən eşitdiyimə görə, bir neçə qəzeti maliyyələşdirən bu Zat “demokratik düşüncə” naminə “yurnalın çapı üçün” Elmar Hüseynova öz yardım əlini uzatmırdı? Eynulla Fətullayevin bildirdiyinə görə,  “yurnalın  işıq üzü görməsi üçün axı rəhmətlik Elmar öz evini satlığa qoyubmuş”. Bütövlükdə götürəndə, ELMARIN ÖLÜMÜ CƏMİYYƏTƏ ÇOX ŞEYLƏRİ BƏXŞ ETDİ - STATİST SİFƏTLİLƏRİN İFŞA OLUNMASINI GERÇƏKLƏŞDİRDİ...

 

 

QƏTLDƏKİ “BİRİNCİLİK” İDDİASIYLA “BP” KODU VƏ UNUDULAN SƏLİM HƏQQİYLƏ İBİŞ

 

 

SUAL OLUNUR: 1992-ci ildə AXC-Müsavat hakimiyyəti dönəmində yurnalist SƏLİM HƏQQİnin, İBİŞin ölümü NƏDƏN bu statist sifətliləri bunca ilgiləndirmirdi? NƏDƏN bu kəslər həmin qətlləri unudub, Elmar Hüseynovun qətlini “yurnalistikada çağdaş tariximizin birincisi” adlandırırdılar?..

Elmar Hüseynov döyüləndə, yurnalı bağlananda, həbs olunanda o zaman Müsavat Partiyasının BAŞ QANı olan İsa Qəmbər nədən dəfn mərasimində olduğu qədər “məyusluq hissi” keçirmir, Əli Kərimli qədər motivi bəlli olmayan həyəcanlı görünmürdü?

SÖZARASI: O zaman İSA QƏMBƏR Beynəlxalq Mətbuat Mərkəzində keçirilən forumda öz çıxışında BELƏ BİR FRAZA işlətmişdi: “xaricilər bizdə siyasətçilərin və yurnalistlərin ÖLDÜRÜLMƏMƏSİNİ (seçmə mənimdir – müəllif) mühüm demokratiya faktı kimi qiymətləndirirlər”....

Ahaaa, əcəba, siyasətin söykəndiyi məntiq elmi görən bununla bağlı nə deyə bilər?...

SÖHBƏT MƏNTİQDƏN DÜŞMÜŞKƏN. O zaman özünü “real müxalifət” adlandıran AXCP, Müsavat və onların çətiri altında özlərini xoşbəxt hesab edənlər öz mətbu orqanları olan “Azadlıq” və “Yeni Müsavat”da dəfələrlə vurğulamışdılar ki, “hakimiyyətin zəbt olunmasında bp şirkəti başlıca rol oynayıb”. İNDİSƏ BİR TƏZADA BAXIN: Elmar Hüseynovun qətlindən sonra həmin kəslər “bp demokratiyanın keşiyində duran şirkətdir” deyirdilər. Dİ GƏL BAŞ AÇ BUNLARDAN.....

 

 

 

“BP”-ANDREAS QROSS-“REAL MÜXALİFƏT” ÜÇBUCAĞINDA BİR QƏTLİN TƏZADLARININ RƏQSİ

 

 

 

Yenə KEÇMİŞƏ EKSKURS EDƏNDƏ GÖRÜRÜK Kİ, o zamankı mətbuat bu məsələyə münasibətdə bp-Andreas Qross-“real müxalifət” üçbucağında gizlənən məqamlardan da yazmışdı. “...Azərbaycanlılar elə bilir ki, mən onların Avropa Şurasındakı ombudsmanlarıyam”, “...mən adımın Azərbaycanda hazırlanan dövlət çevrilişində hallanmasından məmnunam” - deyən qurumsaq Qrossun o zamankı belə açıqlamalarıyla digərlərinin mövqeyi və baş verən qətl arasında paralellər aparanda yolumuz yenə də məntiqin bələtinin yanından keçir, bəylər və xanımlar!!!!!

Necə yəni, “ombudsman”, necə yəni, “adımın dövlət çevrilişində hallanmasından məmnunluq”!!!????BU, həm də bir qətlin fonunda təzadların rəqsidir.....

 

 

DAHİYANƏ KƏLƏK VƏ QƏTLDƏN SONRAKI XOŞBƏXTLİK

 

Əslində siyasi qüvvələrin gəldikləri qənaət də brakonyer fərziyyəçilikdir. Bizi Azadlığımıza Qovuşduran Yolda qətlə yetirilən , həyatını itirən bütün yurnalistlərə Allah rəhmət eləsin. Ruhları şad olsun ki, uğrunda vuruşduqları MÜSTƏQİL DÖVLƏTİMİZ var – onların yetim qalan övladlarına sahib çıxacaq dövlət...

Bəli, Elmar Hüseynovun qətli bir ailənin və bu da özlüyündə dövlətin faciəsi idi. Çünki dövlət bir vətəndaş, bir fərd olaraq Elmarı itirmişdi. Kələksə “dahiyanə” qurulmuşdu. Və bu Qətl bütövlükdə dövlətçiliyimizə, söz azadlığımıza olan qəsd idi. Gerçəyin bir üzü də bu idi ki. müstəqillik ağacımıza dırmaşıb onu sındırmaq istəyən KEÇİLƏRİN DALA BAXAN OĞLAQLARI  da var idi və yenə də var. Bu məsələdə bir məqama da diqqət ayırmaq pis olmazdı. ARAŞDIRMASI PİS OLMAZDI, BƏYLƏR VƏ XANIM ƏFƏNDİLƏR! ELMARIN HEÇ İLİ ÇIXMAMIŞ HANSI SİYASİ PARTİYALARA VƏ HANSI FORMADA, HANSI  “MƏTBU GENERAL”A və HANSI FORMADA YARDIMLAR KİMLƏR TƏRƏFİNDƏN EDİLDİ? Kimlərin yerişində, duruşunda, mətbu çıxışında  ədalı elementlər çoxaldı? Kimlər mətbu dəyərləndirmələrdə şərəfləndirildilər?  Əgər qətlə yetirilən Elmarın Azərbaycanda bunca “dostları” var idisə, NƏDƏN Ruşaniyyə xanım öz yetimiylə baş alıb Hollandiyaya getdi və anındaca onlara həyan olmaq hardan bəhrələnirdi? NƏDƏN “dost” qapıları doğma sayılmadı mərhumun həyat yoldaşına? Siz o ailəyə “doğma” deyildinizmi ay günümüzün eynullaları? Adamın ailəsi sizlərə güvənməyərək xaricə üz tutursa, onda sizlər bəs kimə doğma idiniz, ay Elmarın büstü qarşısında sitayiş edən yurnalistikamızın nə bilim kimləri?...Qınamayın məni, bütün bunların məsələyə bir aidiyyatı olmasa da, sadəcə olaraq, dahiyanə işlədilən kələkləri çözmək baxımından ironiya deyil,  o zamanın qoltuq ağacının rəsminin nümayişidir....Ki, unutmayaq...  

 

P.S Vəkil ASLAN İSMAYILOV AÇIQLAMALRINDAN BİRİNDƏ demişdi ki, ““Monitor”un bir nömrəsi gecikən kimi ABŞ və Böyük Britaniya səfirləri həmin dəqiqə redaksiyaya zəng edirdilər”...Bizim də qəzetlərin bağalanan vaxtları olub, amma bir qurumsaq bununla maraqlanmayıb....Balam, nə əcəb bu “Monitor”la maraqlanırmışlar bu səfirlər?! 

P.P.S Mərhumun Yetim Qalan Övladını necə, “demokratik düşüncə”dən dəm vuranlar yada salırmı?

P.P.P.S Hollandiyanın gözqamaşdırıcı işıqları belə güclüdür ki, çatan-çatan Azərbaycanı oralardan seyr edir. Gedənə özünü “dost” kimi göstərənlər, lütfən, başqasının işığıyla qamaşan gözlərinizlə Azərbaycanı və Azərbaycan İnsanını seyr etməyin!!!!

Xəbər lenti

V qrup üzrə tələb olunan minimal ballar və qabiliyyət imtahanlarının tarixləri – Aktual sual

V ixtisas qrupunun abituriyentləri qəbul imtahanının II mərhələsini vermədən müsabiqədə iştirak edə bilirlər

Ən əzablı qətlə məruz qalan, Avropa alimlərini qidalandıran sirr dolu alim – Azərbaycan filosofu

Leyla Abdullayeva: Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar üç istiqamətdə aparılır

Ramazanın 16-cı gününün duası, imsak və iftar vaxtı

Ramazanda 30 günlük orucun orqanizmə MÖCÜZƏVİ TƏSİRİ

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb

Azərbaycan və İran sərhədyanı ərazilərdə televiziya və FM radio yayımları tənzimlənəcək

Qəbələdə ər həyat yoldaşının başını kəsib

İran aşağı faizli uran istehsalını 4 dəfə artırdığını bəyan edib

Putindən Zelenskiyə mesaj...

İran XİN Trampa: "Heç vaxt iranlını hədələmə"

Rusiyadakı jurnalistimiz Fuad Abbasovla bağlı şok informasiya

Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək

AXH üzvləri polisə aparılır

Bakıda böyük mağazası olan iş adamı və arvadı öz evində girov götürüldü

Millət vəkili Qovlarda müəllim və şagirdlərlə görüşüb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

AXH Novxanı qəsəbəsində yürüş edəcək