“Sosial Tədqiqatlar Mərkəzi Tv-ləri ciddi təhlil etməlidir”

09:37 04-03-2019 | icon 123 | Cəmiyyət
“Sosial Tədqiqatlar Mərkəzi Tv-ləri ciddi təhlil etməlidir”

Əlabbas Məhərrəmli: “Elə edilməlidir ki, mədəniyyətimiz mətbəx səviyyəsinə gətirilməsin”

 

 

“Bu gün cəmiyyətin inkişaf xəttinin müəyyən edilməsində aparıcı rola malik olan qurumlardan biri də Tv-lərdir. Tv-lər hər bir ailəyə, evə, şəxslərin həyatına sərhədsiz daxil ola bilir. Ona görə də bu sahəyə xüsusi diqqətin ayrılması vacib şərtlərdəndir”.

 

Bunu Versus.Az-a siyasi ekspert Əlabbas Məhərrəmli bildirib. Onun sözlərinə görə, mədəniyyətin inkişafında xüsusi rola malik olan Azərbaycan televiziyaları və orada hazırlanan verilişlər nə dərəcədə səviyyəli olarsa, o dərəcədə də sağlam informasiya ötürücü qabiliyyəti olar.

 

Ə.Məhərrəmlinin fikrincə, son vaxtlar Tv-lərdə yenilənmələr olsa da, bu yetərli deyil. Ekspert hesab edir ki, əgər efirlərdə milli-mənəvi dəyərlərin zənginləşməsinə deyil, korşalmasına xidmət edən verilişlər təqdim edilirsə, bu, cəmiyyəti uçuruma hazırlayır.

 

Ə.Məhərrəmli Sosial Tədqiqatlar Mərkəzinin bu sferaya da müəyyən diqqət göstərəcəyinə ümid etdiyini qeyd edib. Artıq sədr kimi Zahid Orucun Mərkəzin gələcək fəaliyyəti, məqsədləri ilə bağlı açıqlama verdiyini deyən ekspert müəyyən təkliflər irəli sürüb. O, Mərkəzin işində iqtisadçılarla yanaşı, siyasətçi ekspertlərin, sosial şəbəkələrdə olan aktiv bloggerlərin, ən əsası isə televiziya mütəxəssislərinin yer ayrılmasını təklif edib. Bildirib ki, Mərkəz Tv-lərin evlərə hansı “baqajla” və necə daxil olması, orada hansı psixoloji vəziyyəti yaratması ilə bağlı araşdırmalar aparmalı və bu sahədəki neqativlərin aradan qaldırılması ilə bağlı tədbirlər görməlidir. Ə.Məhərrəmlinin fikrincə, Mərkəzin Tv-lərlə bağlı təhlillər aparması cəmiyyətə xeyir vermiş olar.

 

Ekspert qeyd edib ki, mədəniyyət sahəsində mövcud olan böşluqlar və bu istiqamətdə gedən proseslərin inkişafı Tv-lərin fəaliyyətində də özünü göstərir:

 

“Nə qədər senzura ləğv olunsa da, mütləq nəzarət və qadağalar olmalıdır. Televiziya elə bir məkandır ki, şou xatirinə efirə çıxıb milli-mənəvi dəyərlərin aşağılanmasına yol açan verilişlərə yol verilməməlidir. Kim nə istəyir danışa, yaxud küçə söhbətlərini efirə gətirə bilməz. Sadə insanlarla bacarıqlı şəkildə ünsiyyət qurmaq, yəni səmimi bir ortam yaratmaq bacarığı başqa, küçə, mətbəx söhbətlərini efirə çıxarmaq başqadır. Yəni tutaq ki, bu yaxınlarda bir xanım çıxdı efirə, Nəsiminin bir qəzəlini oxudu, səhv elədi və bir-iki gün bundan danışıldı. Artıq bəzi aparıcılar sanki mövzu yoxmuş kimi bu məsələni gündəmdə saxlayıb bundan şou düzəltməklə cəmiyyətə nəyi təlqin etmək istədilər? Yəqin ki, bunu özləri də bilmir. Niyə Tv rəhbərləri onlardan bu mövzunu qapatmalarını tələb etmirlər?!”

 

“Ovqat”, “Nanəli” verilişlərini yüksək dəyərləndirən ekspert, bəzi kanallarımızda palatka toyuna bənzər verilişlərin olmasına təəssüflə yanaşıb. O, həmçinin, Tv sahəsində cərəyan edən neqativlərin əksər hallarda yalnız müğənnilər ətrafında  fokslaşdırılmasını düzgün saymayıb:

 

“Çox vaxt tənqidlə qarşılanan müğənnilərin Tv-lərdə yaratdıqları şouların əleyhinə deyiləm. Bir çox verilişlərdə aparıcıların tamaşaçı ilə “hakim” davranışı, danışığı heç arzuolunan deyil. Çox vaxt həm də maraqsız, intriqaçı məsələlərin üzərində dayanaraq tamaşaçını deyil, daha çox reklamçını düşünürlər. Bəli, reklam lazımdır, amma bunu maraqlı verilişlərlə də qazanmaq olar. Yaxud, axı efirdə bu dərəcədə yemək bişirmək olmaz. Elə edilməlidir ki, mədəniyyətimiz, incəsənətimiz mətbəx səviyyəsinə gətirilməsin. Müğənnidirsə, efirə musiqisi ilə çıxsın, bu cür hay-həşirlə tamaşaçının zövqünü oxşamaq olmaz”.

 

Ləman

Versus.Az

Xəbər lenti

"Əsirlikdə qalan Laçınım"

Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğalından 27 il keçməsi ilə əlaqədar keçirilən dəyirmi masa...

Allah rəhmət eləsin

Elmar Məmmədyarov Fransa Milli Assambleyasının vitse-prezidenti və dostluq qrupunun prezidenti ilə görüşüb

Bakıda Avropa çempionatının komanda hesabında və çoxnövçülükdə qrup hərəkətlərində qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Bakıda Avropa çempionatında 5 lentlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eyyub Yaqubov benefis

Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd ediləcək

Bakıda Atatürkü anma, idman və gənclik bayramı münasibətilə tədbir keçirilib

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Qədim sənətin müasir ustası - FOTO/VİDEO

Bu gün Bakıda 28 muzeyi ödənişsiz ziyarət etmək olar

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

Bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının üçüncü günü start götürüb

Cocuq Mərcanlıda iftar süfrəsi təşkil edilib

Azərbaycan Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcək

Bu gün TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçirilir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR 

AXH Novxanı qəsəbəsində yürüş edəcək

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə