Bankların kapital mövqeyi xeyli möhkəmlənəcək

14:25 04-03-2019 | icon 79 | Gündəm
Bankların kapital mövqeyi xeyli möhkəmlənəcək

Unibank KB İdarə heyəti sədrinin 1-ci müavini Asəf Hüseynov bildirib ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı banklar üçün çox vacib əhəmiyyət daşıyır və fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində bankların kapital mövqeyi xeyli güclənəcək.

 

Versus.Az-ın məlumatına görə, A.Hüseynov bankların problemli kreditlərlə bağlı kifayət qədər kapital ehtiyatları yaratdığını vurğulayıb:

 

"Bu onların kapitallarının aşağı düşməsinə səbəb olur. Kapitalın aşağı düşməsi isə iqtisadiyyatın kreditləşməsinin həyata keçirilməsini məhdudlaşdırır. Problemli kreditlərin ödənişlərinin həyata keçirilməsi və restrukturizasiya proqramı bankın kapital mövqeyinin kifayət qədər möhkəmləndirilməsinə səbəb olacaq. Bunun nəticəsində və eyni zamanda proqram çərçivəsində banklara verilən maliyyə dəstəyi, bankların aktiv kreditləşmə həyata keçirməsinə imkan yaradacaq. Belə ki, problemli kreditlər üzrə ödəniş nəticəsində bank sistemində hər 100 milyon manat kapital artımı əlavə 1 milyard manat kredit vermə imkanı yaradır. Bildiyiniz kimi, kiçik və orta sahibkarlığın kreditləşməsinin daha da artırılması tövsiyə olunur. Dövlətin dəstəyi bankların bu sahədə fəaliyyətlərini daha da genişləndirməsinə imkan yaradacaq.

 

İkinci və əsas məsələlərdən biri odur ki, bankların bu gün kifayət qədər əməliyyat xərcləri var. Problemli kreditlərin təmin edilməsi ilə bağlı banklar kifayət qədər resurs xərcləyirlər. Bura İT resursları, digər xərclər, əmək haqqı və s. daxildir. Deyə bilərəm ki, bank işçilərinin 10-15%-i problemli kreditlərlə əlaqədar çalışan əməkdaşlardır. Problemli kreditlərin həlli bankların bu əməliyyat xərclərini kəskin şəkildə azaltmasına imkan verəcək və nəticədə əməliyyat mənfəəti artacaq.

 

Üçüncü və ən vacib məsələlərdən biri bu fərmanda nəzərdə tutulan tədbirlərin nəticəsində banklar haqda müştərilərdə yaranan neqativ auranın aradan qalxmasıdır. Çünki kifayət qədər problemli kredit, insanların əmək haqqlarından tutulan məbləğlər, bir sıra məcburi tədbirlərin görülməsi müştəri kommunikasiyasına bir qədər neqativ fon gətirmişdi. Bu problemlərin Prezidentin verdiyi fərmanla aradan qaldırılması, bank və müştəri münasibətlərini başqa bir formata qaytaracaq. Bu da biznesin daha yaxşı inkişaf etdirilməsinə təkan verəcəkdir. Kompleks baxdıqda, qeyd etdiyim neqativ aura, həm əməliyat xərcləri, həm kapital dəstəyi, həm də iqtisadiyyatın kreditləşdirilməsi üçün likvidlik dəstəyi - yəni bu kömək paketi bütöv iqtisadiyatı əhatə etmiş olur və real iqtisadiyyata kifayət qədər dəstəyə imkan yaradacaq”.

Xəbər lenti

V qrup üzrə tələb olunan minimal ballar və qabiliyyət imtahanlarının tarixləri – Aktual sual

V ixtisas qrupunun abituriyentləri qəbul imtahanının II mərhələsini vermədən müsabiqədə iştirak edə bilirlər

Ən əzablı qətlə məruz qalan, Avropa alimlərini qidalandıran sirr dolu alim – Azərbaycan filosofu

Leyla Abdullayeva: Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar üç istiqamətdə aparılır

Ramazanın 16-cı gününün duası, imsak və iftar vaxtı

Ramazanda 30 günlük orucun orqanizmə MÖCÜZƏVİ TƏSİRİ

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb

Azərbaycan və İran sərhədyanı ərazilərdə televiziya və FM radio yayımları tənzimlənəcək

Qəbələdə ər həyat yoldaşının başını kəsib

İran aşağı faizli uran istehsalını 4 dəfə artırdığını bəyan edib

Putindən Zelenskiyə mesaj...

İran XİN Trampa: "Heç vaxt iranlını hədələmə"

Rusiyadakı jurnalistimiz Fuad Abbasovla bağlı şok informasiya

Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək

AXH üzvləri polisə aparılır

Bakıda böyük mağazası olan iş adamı və arvadı öz evində girov götürüldü

Millət vəkili Qovlarda müəllim və şagirdlərlə görüşüb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

AXH Novxanı qəsəbəsində yürüş edəcək