Qənirə Paşayeva Şri-Lankada müsəlman ölkələrin fəal qadınları ilə görüşüb

15:16 04-03-2019 | icon 79 | Cəmiyyət
Qənirə Paşayeva Şri-Lankada müsəlman ölkələrin fəal qadınları ilə görüşüb

Millət vəkili, siyasi elmlər doktoru, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva və Azərbaycanın bir qrup fəal qadınları - İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimləri – professor, tarix elmləri doktoru İradə Hüseynova,  dosent, iqtisadiyyat üzrə fəlsəfə doktoru Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının təmsilçisi Sevda Nəcəfova , Fitoterapevtlər cəmiyyətinin sədri,  tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, iş qadınları Yeganə Malkoç, Naibə Abdullayeva, Ramilə Şirinova, Pərvanə Mustafayeva, fəal qadınlar Yeganə Əliyeva, Cəmilə İsmayılova Nigar Qələndərova Şri-Lankanın paytaxtı Kolombo şəhərində keçirilən “Qadınların gələcəyi 2019” adlı 2-ci beynəlxalq konfrans çərçivəsində konfransda təmsil olunan müsəlman ölkələrinin fəal qadınları ilə görüşüblər.

 

Versus.Az-ın məlumatına görə, görüşlərdə ölkələrimiz arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğu və ölkələrimiz arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.

 

Müsəlman ölkələrinin fəal qadınları təmsil etdikləri ölkələrin Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiklərini, münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.

 

Görüşlər zamanı Q.Paşayeva və nümayəndə heyətinin üzvləri onlara Azərbaycan, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib. Q.Paşayeva 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Eyni zamanda, Azərbaycanın iqtisadi, turizm potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib, Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı materiallar hədiyyə ediblər.

 

Versus.Az

Xəbər lenti

"Əsirlikdə qalan Laçınım"

Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğalından 27 il keçməsi ilə əlaqədar keçirilən dəyirmi masa...

Allah rəhmət eləsin

Elmar Məmmədyarov Fransa Milli Assambleyasının vitse-prezidenti və dostluq qrupunun prezidenti ilə görüşüb

Bakıda Avropa çempionatının komanda hesabında və çoxnövçülükdə qrup hərəkətlərində qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Bakıda Avropa çempionatında 5 lentlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eyyub Yaqubov benefis

Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd ediləcək

Bakıda Atatürkü anma, idman və gənclik bayramı münasibətilə tədbir keçirilib

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Qədim sənətin müasir ustası - FOTO/VİDEO

Bu gün Bakıda 28 muzeyi ödənişsiz ziyarət etmək olar

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

Bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının üçüncü günü start götürüb

Cocuq Mərcanlıda iftar süfrəsi təşkil edilib

Azərbaycan Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcək

Bu gün TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçirilir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR 

AXH Novxanı qəsəbəsində yürüş edəcək

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə