Deputat: “Pensiya yaşına az qalmış işdən ixtisar edilmənin qarşısı alınmalıdır”

20:51 05-03-2019 | icon 168 | Siyasət
Deputat: “Pensiya yaşına az qalmış işdən ixtisar edilmənin qarşısı alınmalıdır”

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı Gürcüstanda yaşayan bir sıra soydaşlarımızın pozulan haqlarından danışıb və Ombudsman E.Süleymanovanı Gürcüstanın Ombudsmanı ilə də danışaraq bu məsələni xüsusi diqqətdə saxlamağı xahiş edib.

 

Versus.Az-ın məlumatına görə, Q.Paşayeva həmkarı Fərəc Quliyevin bu istiqamətdə səsləndirdiyi təklifləri də dəstəklədiyini deyib və bildirib ki, bu məsələ xüsusi diqqətdə olmalıdır.

 

Rusiyada fəaliyyət göstərən jurnalist, fəal Fuad Abbasova ermənilər tərəfindən edilən təzyiqlərdən və təqiblərdən də danışan millət vəkili bunun çox ciddi narahatlıq doğuran bir məsələ olduğunu vurğulayıb. Fuad Abbasovun, eyni zamanda Rusiyanın rəsmi informasiya agentliyi olan "Sputnik”in Azərbaycan bürosunun sabiq baş redaktoru Mətin Yaşaroğlunun da məsələsini xüsusi diqqətdə saxlamaq üçün Ombudsman E.Süleymanovaya müraciət edən millət vəkili bu istiqamətdə həmkarlarının qaldırdıqları məsələləri də dəstəkləyərək Ombudsman E.Süleymanovadan Rusiyanın Ombudsmanı ilə də bu məsələni danışmağı və bu məsələni xüsusi diqqətdə saxlamağı xahiş edib. Bildirib ki, Rusiya daxil olmaqla, xarici ölkələrdə azərbaycanlı fəallara qarşı ermənilərin artan təzyiq və təqibləri ciddi narahatlıq doğurmaqla yanaşı, soydaşlarımızın müdafiəsi istiqamətində işlər genişləndirilməli və sürətləndirilməlidir.

 

Qənirə Paşayeva Ombudsmanın da öz məruzəsində toxunduğu pensiya yaşına az qalmış bəzi işçilərin ixtisara salınaraq işdən çıxarılmasının qanunvericiliklə qadağan edilməsi təklifini dəstəklədiyini deyib. Bildirib ki, deputatlara da edilən bir sıra müraciətlərdə pensiya yaşına çıxmağa təxminən 5-7 il qalmış insanlarımız ixtisara salınaraq işdən azad olunduqlarını və bu yaşdan sonra işdə tapmaqda çətinliklə üzləşdiklərini bildirirlər:

 

“Ona görə də hesab edirəm ki, pensiya yaşına 5-7 il qalmış şəxslərin ixtisara salınaraq işdən çıxarılması çox ciddi məsələ olduğu üçün qanunvericiliklə qadağan edilməlidir və bu istiqamətdə Ombudsmanın məruzədə qanunvericiliyə əlavələrin edilməsi təklifini tam dəstəkləyirəm. Düşünürəm ki, pensiya yaşına az qalmış insanların işdən ixtisar edilməsinin qarşısı alınmalıdır”.

 

Qənirə Paşayeva eyni zamanda yaşından asılı olmayaraq bütün müəllimlərin güzəştli ipotekadan yararlanan kateqoriyaya daxil edilməsinin Ombusdmanın da məruzəsində öz əksini tapdığımı xüsusi vurğulayaraq, bu məsələni dəfələrlə MM-də qaldırdığıını deyib. Bu məsələnin tezliklə reallaşmasını vacib sayan millət vəkili ipotekadan yararlana bilməyən müəllimlər barədə də danışıb:

 

“Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimlərinin çoxu ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların yaşı və ya əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir. Buna görə də onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər.

Orta məktəb müəllimlərinin güzəştli ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var. Cənab Prezidentin insanların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıqları, imzaladığı sənədləri böyük təqdirlə qarşılayan müəllimlərimiz bu məsələnin də yaxın zamanlarda reallaşacağına ümid edirlər və inanırlar. Ombudsmanın da illik məruzəsində xüsusi vurğuladığı bu məsələnin həlli istiqamətində müvafiq qurumları qısa zamanda addımlar atmağa çağırırıq”.

 

Qənirə Paşayeva Ombudsmanın da öz məruzəsində əlillərlə bağlı qaldırdığı məsələlərə və proseslərə toxunaraq bildirib ki, əhalinin 5%-dən çoxunu fiziki imkanları məhdud insanlar təşkil edir və sosial infrastruktur obyektlərin əlillərin real tələblərinə və ehtiyaclarına uyğunlaşdırılması ilə bağlı Ombudsmanın səsləndirdiyi çağırışları daim diqqətdə saxlamalıyıq. Eyni zamanda autizm və daun sindromlu uşaqların təhsil alma hüquqları ilə bağlı Ombudsmanın məruzəsində qeyd etdiyi təklifləri dəstəklədiyini deyən millət vəkili bildirib ki, autizm və daun sindromu uşaqlar evdə təhsil almaq hüququna malik xəstələrin siyahısına mütləq daxil edilməlidir və autizm və daun sindromlu uşaqların evdə təhsil hüququnun təmin edilməsi çox ciddi məsələ olduğu üçün buna xüsusi diqqət yetirilməlidir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

"Relslər üzərinə uzanmış adam"ın İANƏSİ

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI