Fəxrəddin Abbasov kimi Vətən xainlərinin həbsini siyasiləşdirmək əbəsdir

17:13 06-03-2019 | icon 84 | Cəmiyyət
Fəxrəddin Abbasov kimi Vətən xainlərinin həbsini siyasiləşdirmək əbəsdir

Fəxrəddin Abbasov kimi Vətən xainlərinin həbsini siyasiləşdirmək əbəsdir.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

 

V.Rəhimzadə bildirib ki, insanlar müxtəlif siyasi baxışlara, fərqli düşüncələrə sahib ola bilərlər, lakin xalqın, dövlətin maraqlarından söhbət düşəndə bütün mövqelər birləşməli, dövlət və xalqın mənafeyi hər şeydən üstün tutulmalıdır:

"Əgər bir insan bu ali keyfiyyətlərdən məhrumdursa və dövlətə xəyanət yolunu tutubsa, o, ən ağır cəzaya məhkumdur. Bu günlərdə Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilən Fəxrəddin Abbasov da belələrindəndir. Hesab edirəm ki, cəmiyyət bü cür çürük ünsürlərdən təmizlənməli, dövlətə, xalqa xəyanət yolunu tutanlar qanunun yol verdiyi ən ağır şəkildə cəzalandırılmalıdırlar”.

 

Ekspert qeyd edib ki, Fəxrəddin Abbasov kimilərə “vətən sevgisi” yox, “maddi maraqlar” anlayışı daha çox tanışdır:

“Fəxrəddin Abbasovun düşmən Ermənistana səfərləri, özünün də qeyd etdiyinə görə, erməni xüsusi xidmət orqanının əməkdaşı ilə görüşlərinin və əlaqələrinin mahiyyəti, Ermənistanda keçirilən və kütləvi informasiya vasitələrində, həmçinin sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və s. məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir. Təbii ki, bütün bu məqamlar ən ciddi şəkildə araşdırılacaq. Maraqlıdır, bir insan öz Vətəninə qarşı bu qədər nankor ola bilərmi?! Bu torpağın suyunu içib çörəyini yemək, sonra da ona qarşı xəyanət yolunu tutmaq hansı insanlığa, mənəvi dəyərlərə uyğundur?! Hər bir halda cinayət heç vaxt cəzasız qalmamalıdır. O zaman haqq, ədalət öz yerini tapır”.

 

Baş redaktor vurğulayıb ki, F.Abbasov kimi Vətən xainlərinin həbsini siyasiləşdirmək əbəsdir:

“Bu gün Qərbin bəzi QHT-ləri, erməni və ermənipərəst qüvvələr, eyni zamanda müxtəlif qərəzli dairələr insan hüquq və azadlıqları adı altında başqa ölkələrə təzyiq göstərməyə çalışırlar və bu çirkin siyasət uzun illərdir ki, davam edir. Əslində isə bu siyasətin demokratik dəyərlərlə, insan hüquq və azadlıqları ilə heç bir əlaqəsi yoxdur. Burada hansısa “maraqlar” və “mənafelər” ön plana çıxır. Ancaq dünya artıq bu ikili standartlardan xəbərdardır və onlara boyun əymir. Bu mənada Fəxrəddin Abbasovun həbsini siyasiləşdirmək, ona başqa don geydirmək yolverilməzdir. Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdir və eyni məsuliyyəti daşıyırlar. Qanunlara əməl edənlərə hörmət, onları pozub dövlətə xəyanət yolunu tutanlara isə ən ağır cəza düşür”.

Xəbər lenti

"Əsirlikdə qalan Laçınım"

Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğalından 27 il keçməsi ilə əlaqədar keçirilən dəyirmi masa...

Allah rəhmət eləsin

Elmar Məmmədyarov Fransa Milli Assambleyasının vitse-prezidenti və dostluq qrupunun prezidenti ilə görüşüb

Bakıda Avropa çempionatının komanda hesabında və çoxnövçülükdə qrup hərəkətlərində qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Bakıda Avropa çempionatında 5 lentlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eyyub Yaqubov benefis

Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd ediləcək

Bakıda Atatürkü anma, idman və gənclik bayramı münasibətilə tədbir keçirilib

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Qədim sənətin müasir ustası - FOTO/VİDEO

Bu gün Bakıda 28 muzeyi ödənişsiz ziyarət etmək olar

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

Bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının üçüncü günü start götürüb

Cocuq Mərcanlıda iftar süfrəsi təşkil edilib

Azərbaycan Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcək

Bu gün TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçirilir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR 

AXH Novxanı qəsəbəsində yürüş edəcək

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə