Mətbuat Şurası Ədliyyə Nazirliyi ilə birgə layihəyə start verib

18:07 06-03-2019 | icon 113 | KİV
Mətbuat Şurası Ədliyyə Nazirliyi ilə birgə layihəyə start verib

Ədliyyə Nazirliyi ilə Mətbuat Şurası ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin daha geniş məlumatlandırılması və əhalinin hüquqi biliklərinin artırılması məqsədi daşıyan birgə layihəyə start verib.

 

Mətbuat Şurasından Versus.Az-a verilən məlumata görə, layihə nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə silsilə tədbirlərin, mətbuat konfranslarının və brifinqlər keçirilməsini nəzərdə tutur. Bu gün keçirilmiş ilk brifinqdə ölkənin tanınan, ictimai rəyə təsir göstərən KİV-lərinin 40-dan çox əməkdaşı iştirak edib. Toplantı Ədliyyə Nazirliyinin icra, probasiya, istintaq və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası sahəsində fəaliyyətinə və yeniliklərə həsr olunub.

 

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli toplantıda çıxış edərək bildirib ki, təmsil olunduğu qurum indiyədək müxtəlif dövlət orqanları ilə birgə jurnalistlərin ayrı-ayrı sahələr üzrə biliklərinin artırılması istiqamətində tədbirlər həyata keçirib. Bu tədbirlər həm jurnalistlərin praktik biliklərinin artırılmasını, həm də ixtisaslaşmalarının dərinləşməsini təmin etmək məqsədir daşıyır. AR Ədliyyə Nazirliyi ilə birgə təşəbbüsün də bu baxımdan əhəmiyyətli olacağına əminliyini vurğulayan M.Ələsgərli onu da bildirib ki, Şuranın Ədliyyə Nazirliyi ilə layihəsi özünün əhatəliliyi ilə diqqət çəkir. Layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətin getçəkləşdirilməsi imkan verəcək ki, jurnalistlər ümumən hüquqi biliklərini dərinləşdirsinlər. Çünki ədliyyə hüququn bir çox istiqamətlərini özündə birləşdirən kifayət qədər böyük sistemdir. Həm də bu sistem əhali qruplarını əhatə etməsinin genişliyi ilə də diqqət çəkir.

 

Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ƏN ilə MŞ-nin birgə əməkdaşlığının faydalı nəticələr verəcəyini əsaslandırıblar. Onlar bildiriblər ki, belə tədbirlər ümumən dövlət qurumları ilə medianın əməkdaşlığının müasir forma və üsullarının tətbiqinə şərait yaradılmasını, mövcud istiqamətdəki problem və anlaşılmazlıqların tez bir zamanda aradan qaldırılması üçün anlaşma mühitinin daha da dərinləşməsini təmin edir.

 

Brifinqdə ƏN-nin icra baş idarəsinin rəisi Nurəddin Mustafayev, Probasiya xidmətinin rəisi Akşin Ziyadov, İstintaq idarəsinin rəisi Zakir Qafarov, Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov çıxış edərək nazirliyin mühüm fəaliyyət istiqamətləri olan icra və probasiya xidmətlərinin istintaq və cəzaların icrası sahəsində fəaliyyətindən, bu qurumların gördüyü işlərdən danışıblar.

Brifinq çərçivəsində QHT və KİV nümayəndələri tərəfindən çıxışlar edilib, sual-cavab sessiyası keçirilərək, tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb.

 

Sonda KİV nümayəndələri Probasiya xidmətinin Elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti, elektron qolbağın imkanları və tətbiqi xüsusiyyətləri ilə əyani tanış olublar.

 

Versus.Az

Xəbər lenti

V qrup üzrə tələb olunan minimal ballar və qabiliyyət imtahanlarının tarixləri – Aktual sual

V ixtisas qrupunun abituriyentləri qəbul imtahanının II mərhələsini vermədən müsabiqədə iştirak edə bilirlər

Ən əzablı qətlə məruz qalan, Avropa alimlərini qidalandıran sirr dolu alim – Azərbaycan filosofu

Leyla Abdullayeva: Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar üç istiqamətdə aparılır

Ramazanın 16-cı gününün duası, imsak və iftar vaxtı

Ramazanda 30 günlük orucun orqanizmə MÖCÜZƏVİ TƏSİRİ

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb

Azərbaycan və İran sərhədyanı ərazilərdə televiziya və FM radio yayımları tənzimlənəcək

Qəbələdə ər həyat yoldaşının başını kəsib

İran aşağı faizli uran istehsalını 4 dəfə artırdığını bəyan edib

Putindən Zelenskiyə mesaj...

İran XİN Trampa: "Heç vaxt iranlını hədələmə"

Rusiyadakı jurnalistimiz Fuad Abbasovla bağlı şok informasiya

Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək

AXH üzvləri polisə aparılır

Bakıda böyük mağazası olan iş adamı və arvadı öz evində girov götürüldü

Millət vəkili Qovlarda müəllim və şagirdlərlə görüşüb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

AXH Novxanı qəsəbəsində yürüş edəcək