Azərbaycan və Türkiyənin böyük HƏMLƏSİ

11:45 12-06-2024 | icon 209 | Siyasət
Azərbaycan və Türkiyənin böyük HƏMLƏSİ

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfəri çərçivəsində qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb. Prezidentin Misir səfərindən sonra baş tutan görüş maraqla qarşılanıb.

 

İki liderin bu təcili görüşünə hansı geopolitik proses səbəb ola bilər?

 

Siyasi şərhçi Əziz Əlibəyli deyib ki, islam dünyasında İsraillə münasibətlərdə ciddi problem müşahidə edilir:

 

“İslam ölkəsi adı daşıyan bəzi dövlətlər Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparırlar. Prezident İlham Əliyevin Misirə səfəri zamanı Fələstinin azadlığını dəstəklədiyi ilə bağlı verdiyi açıqlama da bununla əlaqədardır. Bakı eyni siyasəti Türkiyə ilə bərabər yerinə yetirir. Ümumiyyətlə, baş tutan bütün səfərlər geniş plandan xəbər verir. “Bir kəmər, bir yol” layihəsinin Türkiyə və Yunanıstan istiqamətində təhlükəyə məruz qalmasının qarşısını almaqla bağlı məsələlər də müzakirə predmetidir”.

 

Siyasi şərhçinin sözlərinə görə, prosesdə Çin amili də önəmli rol oynayır:

 

“Prezidentlərin Misir, Türkiyə, İraqa etdiyi səfərlərin ardınca Qətərin və digər ölkələrin siyahıya daxil edilməsi gözləniləndir. Çinə səfər də istisna edilmir. Digər tərəfdən İranla bağlı mövqelər dəqiqləşir. İslam aləmində rəsmi Tehranın dağıdıcı fəaliyyəti ilə bağlı meqaproses həyata keçirilməlidir. Bu kimi məsələlər də müzakirə mövzusudur”. /globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

İyulun 13-14-də Miri Yusif Yaşıl Teatrda olacaq

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Yeni Şuşanın köhnə ab-havası

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Amerika Kubokunun FİNALI

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB