Yer kürəsinin rəqəmsal surəti YARADILDI

07:36 13-06-2024 | icon 287 | Maraqlı
Yer kürəsinin rəqəmsal surəti YARADILDI

İqlim dəyişikliyinin fəsadları ilə mübarizədə kömək məqsədilə Avropada Yerin rəqəmsal modeli işə salınıb.

 

Bu barədə Avropa Komissiyasının saytında bildirilib. Bildirilir ki, "Destination Earth" təşəbbüsü çərçivəsində yaradılan model, böyük həcmdə məlumatlar əsasında ekoloji təhdidləri simulyasiya etmək, izləmək və iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün həll yolları tapmaq məqsədi daşıyır.

 

Layihə sayəsində hakimiyyət orqanları ekstremal hava hadisələri haqqında əvvəlcədən məlumat əldə edə və bu cür təhdidlərə daha yaxşı hazırlaşa biləcəklər. Qeyd olunur ki, model zamanla inkişaf edəcək. O da bildirilir ki, əsas məqsəd Yerin tam rəqəmsal surətini yaratmaqdır. Layihənin müəllifləri hesab edirlər ki, buna artıq 2030-cu ilə qədər nail olmaq mümkün olacaq.

 

Tarixə nəzər salsaq, iqlim dəyişikliyi bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri olub. BMT-nin məlumatına görə, son 100 ildə qlobal istiləşmə nəticəsində Yer kürəsinin orta temperaturu 1.1°C artıb. Alimlər xəbərdarlıq edirlər ki, əgər bu tendensiya davam edərsə, gələcəkdə daha tez-tez və daha şiddətli təbii fəlakətlərlə üzləşəcəyik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

İyulun 13-14-də Miri Yusif Yaşıl Teatrda olacaq

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Yeni Şuşanın köhnə ab-havası

Amerika Kubokunun FİNALI

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB