"Azərbaycan-Misir əlaqələri tarixi köklərə bağlıdır"

15:00 13-06-2024 | icon 258 | Siyasət
"Azərbaycan-Misir əlaqələri tarixi köklərə bağlıdır"

Kamilə Əliyeva: "İmzalanmış sənədlər və əldə edilmiş razılaşmalar ticarət dövriyyəsini daha da artıracaq"

 

"Azərbaycanla Misir arasında əlaqələr gədim tarixi köklərə bağlıdır. Azərbaycan SSRİ tərkibində olan vaxtlarda Misirlə mehriban dostluq əlaqələri mövcud olub. Ölkəmiz müstəqillik əldə etdikdən sonra da bu əlaqələr güclənmiş, son dövrlər daha da dərinləşmişdir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva bildirib.

 

Deputat qeyd edib ki, Prezident İlham Əliyevim Misirə budəfəki səfəri Azərbaycan-Misir əlaqələrinin inkişafına böyük töhfə verəcək və yeni inkişaf mərhələsinə qədəm qoyacaq:

 

"Ölkə başçımız Misirə rəsmi səfəri çərçivəsində mətbuata bəyanatla çıxış etdi. Çıxışında cənab İlham Əliyev Misirlə Azərbaycan arasında mövcud siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu və bu əlaqələrin daha da genişləndiriləcəyini vurğuladı. Azərbaycanla Misir bütün beynəlxalq təşkilatlarda bir birini dəstəkləyir və eyni mövqedən çıxış edirlər. Hər iki dövlət islam həmrəyliyinin gücləndirilməsində birgə səylər göstərir. Azərbaycanın Qoşulmama Hərəkatında 4 illik fəaliyyətində Misir ölkəmizə böyük dəstək göstərib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilatın beynəlxalq aləmdə nüfuzu xeyli artmışdır. Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə İsrail-Fələstin münasibətlərinin tənzimlənməsini diqqətdə saxlamışdır. Azərbaycanın mövqeyi hər zaman birmənalı olmuşdur və müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləmişdir. Azərbaycan həmişə münaqişələrin sülh və danışıq yolu ilə tənzimlənməsinin tərəfdarı olmuşdur".

 

 

K.Əliyeva ölkə başçısının çıxışında həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair mövcud vəziyyət barədə də fikirlərinə də diqqət çəkib:

 

"Azərbaycan 2023-cü ildə öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün yaxşı imkanlar yaranmışdır. 30 il işğal altında olan Qazaxın 4 kəndi danışıqlar yolu ilə Azərbaycana qaytarılmışdır. Əgər Ermənistan konstruktiv mövqe nümayiş etdirərək Azərbaycanın beynəlxalq hüquqa söykənən şərtlərini gəbul edərsə yaxın vaxtlarda sülh müqaviləsi imzalana bilər. Ölkə başçımızın Misirə rəsmi səfəri çərçivəsində iki dövlət arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində bir sıra mühüm sənədlər imzalandı. Ümumiyyətlə son illər Azərbaycanla Misir arasında ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. İmzalanmış sənədlər və əldə edilmiş razılaşmalar ticarət dövriyyəsini daha da artıracaq".

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

İnternetin qiyməti ARTACAQ

Yuxu problemi olanlar üçün TƏKLİF

Beyləqanda çürümüş kişi meyiti tapıldı

Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Yeni radarlar: Cərimə yazmır, amma...

Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

Beyləqanda silahlı İNSİDENT

Prezidentin sabiq köməkçisi deputat olmaq İSTƏYİR

YAP-ın seçki TARİXİ

Beynəlxalq Azadlıq Cəbhəsi YARADILDI

Magistraturaya sənəd qəbulu prosesinin müddəti UZADILDI