Hər gün 3 ədəd zoğal...

16:30 13-06-2024 | icon 553 | Sağlamlıq
Hər gün 3 ədəd zoğal...
Zoğal faydalı maddələrlə o qədər zəngindir ki, ondan gündə cəmi 3 ədəd yemək belə ümumi sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir.
 
 
 
Zoğal hər gün isthlak edildikdə bir sıra problemləri aradan qaldırır. Sözün əsl mənasında, bir çox dərdin dərmanı olan zoğalı səhərlər və ya gün ərzində qəlyanaltı zamanı yemək olar. Təzə yeyildikdə çox təsirli olsa da, bu meyvədən hər mövsümdə yararlanmaq olar. Çünki zoğal qurusu və ya evdə hazırlanmış zoğal kompotu da olduqca effektlidir.
 
 
 
Zoğalın tərkibində C, E və K vitaminləri, həmçinin manqan mineralları və antioksidantlar var.
 
 
 
Tərkibindəki vitaminlər sayəsində bir çox sağlamlıq probleminin aradan qaldırılmasında aktiv rol pynayır.
 
 
- Xüsusilə tərkibindəki C vitamini sayəsində immunitet sistemini gücləndirməklə xəstəliklərdən qorumağa kömək edir.
 
- Ehtiva etdiyi antioksidantlar isə toksinləri çıxarmaqda təsirlidir. Həmçinin dərini gözəlləşdirir.
 
- Sümükləri gücləndirməkdə də təsirli olan zoğal, müntəzəm olaraq istehlak edildikdə osteoporozun qarşısının alınmasında uğurlu nəticələr əldə etməyə kömək edir.
 
- Tərkibindəki fol turşusu, flavonoidlər və kalium sayəsində ürək sağlamlığını dəstəkləyir.
 
- Xolesterolu və qan təzyiqini tənzimləyir, beləliklə ürək sağlamlığını qoruyur.
 
- Bu meyvə, həmçinin qan damarlarının tıxanmasının qarşısını alaraq infarkt riskinin qarşısını alır.
 
- Zoğal böyrək daşları zamanı tövsiyə edilən meyvələr arasındadır. Zoğal şirəsinin istehlakı sidiyi daha asidik hala gətirərək daşların qarşısını almağa kömək edə bilər.
 
- Bundan əlavə, hər gün müntəzəm zoğal yemək beyin sağlamlığınızı qoruyacaq və yaddaşınızı gücləndirməkdə də təsirli olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

İnternetin qiyməti ARTACAQ

Yuxu problemi olanlar üçün TƏKLİF

Beyləqanda çürümüş kişi meyiti tapıldı

Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Yeni radarlar: Cərimə yazmır, amma...

Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

Beyləqanda silahlı İNSİDENT

Prezidentin sabiq köməkçisi deputat olmaq İSTƏYİR

YAP-ın seçki TARİXİ

Beynəlxalq Azadlıq Cəbhəsi YARADILDI

Magistraturaya sənəd qəbulu prosesinin müddəti UZADILDI