Qarpızı acqarına yemək zərərlidir?

16:45 13-06-2024 | icon 572 | Sağlamlıq
Qarpızı acqarına yemək zərərlidir?

Yay aylarının vazkeçilməz meyvələrindən biri də qarpızdır. Təravətləndirici təsiri ilə seçilən qarpızı acqarına istehlak etdikdə orqanizmə təsiri tamam fərqli olur.

 
 
 
Bir çox insan acqarına qarpız yeməyin həzm problemlərinə səbəb ola biləcəyini düşünür. Ənənəvi inanclara görə, qarpızı acqarına istehlak etmək mədə problemlərinə səbəb olur. Mədə yanması, qaz problemi və ya ürəkbulanma yaşama ehtimalınız var.
 
 
 
Ekspertlər isə tam əksini iddia edirlər. Xüsusilə isti yay günlərində səhər tezdən qarpız yeyərək günə başlamağın orqanizmin nəm balansını qorumaq və sərin qalmaq üçün təsirli olduğu bildirilir. Qarpızın tərkibindəki yüksək su lifi bağırsaq hərəkətlərini artıraraq həzmi asanlaşdırır.
 
 
 
Tərkibində 90%-dən çox su olan qarpız orqanizmin maye ehtiyacını ödəyərək susuzluğun qarşısını alır. Yayda tərləmə nəticəsində itirilən mayeni əvəz edə bilər.
 
 
 
Bundan əlavə, elmi məlumatlara görə, qarpızın tərkibindəki şəkər qan şəkərini balanslaşdırmağa kömək edir. Gün ərzində enerjini artırmaq üçün qarpızı acqarına istehlak edə bilərsiniz. Qarpızın qanda şəkərin qəfil dəyişməsinin qarşısını alacağı bildirilir.
 
 
 
Qarpızın tərkibindəki amin turşusu olan sitrulin əzələ ağrılarını aradan qaldıra bilər. Səhərlər kifayət qədər miqdarda qarpız istehlakı əzələ problemlərini azaldır. Qarpız gün ərzində özünüzü daha çevik hiss etməyinizə səbəb olacaq.
 
 
 
İdmandan sonra 1 stəkan qarpız şirəsi içmək də tövsiyə edilir.
 
 
 
Həkimlər bildirirlər ki, insulin müqaviməti və şəkərli diabet xəstələri 2 dilimdən artıq qarpız qəbul etməməlidirlər. Ümumiyyətlə, hər qida kimi qarpız da qədərində yeyilməlidir. /medicina.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

İnternetin qiyməti ARTACAQ

Yuxu problemi olanlar üçün TƏKLİF

Beyləqanda çürümüş kişi meyiti tapıldı

Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Yeni radarlar: Cərimə yazmır, amma...

Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

Beyləqanda silahlı İNSİDENT

Prezidentin sabiq köməkçisi deputat olmaq İSTƏYİR

YAP-ın seçki TARİXİ

Beynəlxalq Azadlıq Cəbhəsi YARADILDI

Magistraturaya sənəd qəbulu prosesinin müddəti UZADILDI