Ermənilər 2 ay sonra sükutu POZDU

13:04 13-06-2024 | icon 258 | Siyasət
Ermənilər 2 ay sonra sükutu POZDU

"Bu, Paşinyanın özünə qarşı da təxribatdır"

 

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Ordumuz müvafiq cavab tədbirləri görüb.

 

Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı Azərbaycanla bir ay ərzində sülh sazişinin imzalanmasının mümkünlüyünü bildirməsindən bir neçə saat sonra hadisənin baş verməsi diqqət çəkir.

 

Qeyd edək ki, Ermənistan sonuncu dəfə aprel ayında mövqelərimizi atəşə tutub. 2 ay sükutdan sonra Ermənistan ordusu niyə təxribata əl atıb?

 

Məsələ ilə bağlı Versus.az-a danışan Milli Məclisin Naxçıvandan olan deputatı Fazil Mustafa bildirib ki, hadisəni sülhü pozmaq, danışıqlar prosesini dayandırmaq istəyən qüvvələrin  addımı kkimi dəyərləndirmək lazımdır: 

 
 

"Atəşin haradan açılması təbii ki, anlaşılandır. Amma atəşi kimin atmasını araşdırmaq lazımdır. Bu ərəfədə Ermənistan hakimiyyətinin, doğrudan da, belə bir şeyə marağı varmı? Naxçıvana atəş açmaq biraz məntiqsizdir. Sülhü pozmaq, danışıqların qarşısını almaq istəyən qüvvələrin addımı kimi bunu başa düşməliyik. Çünki indiki şərtlərdə Ermənistan hakimiyyətinin belə addım atması danışıqlar prosesini qırmaq deməkdir. Halbuki dünənki açıqlamada müəyyən qədər bizim şərtlərimizə uyğunlaşacaq mesajlar verildi. Ona görə də mövzu üzərində düşünmək lazımdır".

 

 

F.Mustafa cavab verəndə sülhü zədələməməyə önəm verilməli olduğunu düşünür:

 

"Hər halda bu təxribat kimi də baş verə bilər. Təbii ki, hökumətin nəzarəti altında olan qüvvələr tərəfindən bunun edilməsi istisna deyil. Hökumətin xətti ilə ara qarşıdırmaq, hansısa problem yaratmaq istəyini ortaya qoymur. Hər halda bu təhlükəli tendensiya gedir. Revanşist qüvvələrin çalışmaları güclənib. Bütün hallarda biz qüvvətli olmalıyıq. Təbii ki, atəşə cavab verilsin. Amma elə etməliyik ki, cavabımızın sülh prosesinə zədələyici təsiri olmasın".

 

 

Politoloq Elxan Şahinoğlu vurğulayıb ki, bu Azərbaycanla yanaşı Nikol Paşinyanın özünə qarşı da təxribatdır:

 

"Fevral ayının əvvəlində oxşar təxribat baş vermiş və Azərbaycan hərbçilərinə atəş açılan erməni postu dağıdılmışdı. İndi biz yenə də hərbçilərimizə atəş açan postu dağıtmaq məcburiyyətində qala bilərik. Həmin hadisənin təxribat olduğunu Nikol Paşinyan da etiraf etmişdi. Fevral ayındakı təxribatın Paşinyanın orduya tam nəzarət edə bilməməsinin sübutu idi. Paşinyan orduda “5-ci kolonun” varlığını etiraf edib, ancaq bu azdır, Ermənistan ordusu təxribatçılardan təmizlənməyincə bu Paşinyanın da arzuladığı sülhə əsas təhlükə olacaq. Belə çıxır ki, sülh sazişi imzalananadan sonra da Ermənistan ordusundakı təxribatçıların Azərbaycanın mövqelərinə atəş açacaqlarından sığortalanmamışıq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

İyulun 13-14-də Miri Yusif Yaşıl Teatrda olacaq

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Yeni Şuşanın köhnə ab-havası

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Amerika Kubokunun FİNALI

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB