ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı kritik QƏRAR

06:27 14-06-2024 | icon 319 | Dünya
ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı kritik QƏRAR

“ABŞ Ermənistan ərazisindən keçməklə Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsinin olmasında maraqlıdır”.

 

Versus.Az xəbər verir ki, bunu erməni politoloq Qrant Mikaelyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin son açıqlamalarını şərh edərkən deyib.

 

Mikaelyan amerikalı diplomatın sözlərini Bakının təkliflərinə dəstək kimi qiymətləndirib.

 

“Zəngəzur dəhlizi vasitəsilə Ermənistan ərazisindən Naxçıvana marşrut əldə etmək mümkün olacaq. ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı strateji marağı var. ABŞ və Türkiyə Mərkəzi Asiyada öz təsirlərini artırmaqda maraqlıdırlar, Türkiyə ilə Xəzər dənizi arasında birbaşa əlaqə bu məqsədə çatmaq üçün bir vasitə kimi qəbul edilir. Və burada, ABŞ-ın Azərbaycan və Türkiyənin Ermənistan ərazisindən birbaşa quru əlaqəsi qurmasında marağı mövcuddur”, – deyə Mikaelyan vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

İnternetin qiyməti ARTACAQ

Yuxu problemi olanlar üçün TƏKLİF

Beyləqanda çürümüş kişi meyiti tapıldı

Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Yeni radarlar: Cərimə yazmır, amma...

Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

Beyləqanda silahlı İNSİDENT

Prezidentin sabiq köməkçisi deputat olmaq İSTƏYİR

YAP-ın seçki TARİXİ

Beynəlxalq Azadlıq Cəbhəsi YARADILDI

Magistraturaya sənəd qəbulu prosesinin müddəti UZADILDI