Şuşa Bəyannaməsi və onun əhəmiyyəti

12:55 15-06-2024 | icon 380 | Siyasət
Şuşa Bəyannaməsi və onun əhəmiyyəti

 


“Şuşa Bəyannaməsi iki dost və qardaş ölkələr arasında 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinə olan sadiqliyin bariz nümunasidir. Bu müqavilənin Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində bağlanması isə böyük tarixi əhəmiyyətə malik olan bir hadisədir. Bəyannamə ümumilikdə Azərbaycan və Türküyə respublikaları arasında münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının, iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət etdiyini ehtifa edir”.

 

Bunu Versus.az-a siyasi-icmalçı Rauf Qurbanov bildirib.

 

R.Qurbanov bildirib ki, bəyənnamədə hər iki ölkənin siyasi, hərbi,iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyəti, Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulanır.


“Müştərək maraq kəsb edən məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyi, Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq, milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsipləri Bəyənnamədə öz əksini tapıb.

Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin irəli aparılmasında Azərbaycan Respulikasının Prezidenti İlham Əliyevlə, Türküyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi xidmətləri var. Bu iki liderin şəxsi zəmində münasibətlərinin isti olması, xalqlarımız arasında dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində böyük önəm daşıyır.
Azərbaycan-Türküyə dostluğu və srtateji əməkdaşlığı əbədi və sarsılmazdır!”

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

İnternetin qiyməti ARTACAQ

Yuxu problemi olanlar üçün TƏKLİF

Beyləqanda çürümüş kişi meyiti tapıldı

Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Yeni radarlar: Cərimə yazmır, amma...

Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

Beyləqanda silahlı İNSİDENT

Prezidentin sabiq köməkçisi deputat olmaq İSTƏYİR

YAP-ın seçki TARİXİ

Beynəlxalq Azadlıq Cəbhəsi YARADILDI

Magistraturaya sənəd qəbulu prosesinin müddəti UZADILDI