Ağciyər şişinin tez-tez təsadüf edilən SƏBƏBLƏRİ

13:05 24-06-2024 | icon 342 | Sağlamlıq
Ağciyər şişinin tez-tez təsadüf edilən SƏBƏBLƏRİ

Nərminə Abbasova: “Ağciyər şişinin müxtəlif mərhələləri mövcuddur”

 

“Ağciyər şişi qan damarlarındakı mayenin ağciyərə daxil olması və ağciyər qaz mübadiləsini ciddi şəkildə pozmasıdır. Ciddi tibbi müalicə tələb edən ağciyər şişinin tez-tez təsadüf edilən səbəbləri ürəklə bağlı olan problemlərdir. Bununla yanaşı digər bəzi hallar da mayenin toplanmasına səbəb ola bilər. Buna qaraciyər və böyrək xəstəlikləri səbəbiylə yaranan zülal çatışmazlığı, allergiyalar və zəhərlənmələr, yüksəklikdən aşağı çox sürətli enmək və sair daxildir”.

 

Versus.Az-ın oxucularının ağ ciyərlərə su yığılması ilə bağlı sualını MayoMed Klinikasının Baş həkimi Nərminə Abbasova cavablandırıb. Həkim bildirib ki, ağciyər şişinin müxtəlif mərhələləri mövcuddur:

 

“Birinci mərhələdə öskürək və sürətli nəfəs almaq kimi problemlər baş verə bilər. İkinci mərhələdə su alveolaya daxil olaraq ağciyərə yayılır. Bu hal irəlilədikcə boğulma simptomları başlayır. Əgər ciddi yanaşılmasa artıq dilin rəngi maviyə çevriləcək. Ağciyər şişi sürətlə irəliləyə bildiyi üçün dərhal müalicə tələb edir. Xəstələr daha çox oturmalı və ayaqlarını aşağıya doğru sallandırmalıdırlar. Oksigenlə təmin edilməlidirlər. Xəstəliyin müalicəsi xəstəliyin hansı səbəbdən yarandığından asılı olaraq dəyişir. Bu tip xəstələr adətən xəstəxana ortamında müalicə edilməlidirlər”.

 

Bəs ağciyərlərə su yığılması hansı xəstəliklərdən xəbər verir?

 

Nərminə xanım bildirdi ki, söhbət plevritdən gedir. Belə ki, plevrit ağciyər pərdəsinin iltihabı xəstəliyi olub plevral boşluqda mayenin yığılması deməkdir və ağciyərlərdə ən çox rast gəlinən problemdir:

 

“Plevrit ağciyər və ağciyər pərdəsində xərçəng, qanqrena, vərəm, soyuqlama kimi xəstəliklər zamanı müşahidə edilə bilər. Plevritin yaranmasının digər səbəbləri isə ürək çatışmazlığı, böyrək çatışmazlığı, zob xəstəlikləri, yemək borusu xərçəngnin ağciyərə yayılması, yemək borusunun cırılması, qaraciyər sirozu kimi xəstəliklərdir. Əslində plevral boşluqda həmişə 20 ml. maye olur. Bu, ağciyərin bir pərdəsindən ifraz olunur, o biri pərdəsindən isə əmilir. Ancaq hər hansı səbəbdən bu balans pozulduqda plevrit problemi ilə üzləşirik. Plevrit ilk növbədə kəskin ağrı ilə özünü büruzə verir. Bir müddət sonra nəfəs alıb-verdikcə ağrının artması müşahidə olunur. Daha sonra isə xəstə nəfəs alarkən və hərəkət edərkən ciyərlərindən ətrafdakıların da duya biləcəyi qədər yüksək tempdə səs gəlir. Bu, ağciyərin bir-birinə sürtünən pərdələrinin səsidir. Bəzən plevrit temperaturun 38-39 dərəcəyə qalxmasına səbəb olur. Bu zaman xəstəni kəskin öskürək tutur. Bu isə ağrının şiddətinin daha da artmasına gətirib çıxarır. Bu ağrı bəzən qarın və sinədə hiss edilir”.

 

Ağrıya qarşı mübarizədən bəhs edən həkim deyir ki, plevritin müalicəsi zamanı ilk öncə xəstənin daha az əzab çəkməsi üçün ağrıkəsicilərdən istifadə olunur. Onun sözlərinə görə, bunun üçün xəstəyə güclü ağrıkəsici dərman preparatları təyin olunur:

 

“Xəstəxanaya gedənə kimi xəstəyə xardal yaxması ilə kompres etmək və ya döş qəfəsinə yod çəkmək məsləhətdir. Biz ilk öncə plevritə nəyin səbəb olduğunu araşdırıb müəyyən edirik. Ağciyərlər artıq mayedən təmizləndikdən sonra plevritə səbəb olan əsas xəstəlik müalicə olunur.

Məlumat üçün onu da qeyd edim ki, xəstələr üçün plevrit qorxulu yuxu olsa da, biz həkimlər bu problemin həyat qurtardığını deyirik. Belə ki, bir çox xəstə vərəm və ya xərçəng olduğunu plevritlə üzləşdikdən sonra anlayır. Əsas odur ki, erkən diaqnoz qoyulduğu üçün pasientin daha tez sağalması mümkündür”.

 

 

Nərminə xanım bildirdi ki, tək ağciyər deyil, qaraciyərə də su toplanması kimi suallarla müraciət edənlər olur. Onun sözlərinə görə, qarın boşluğuna mayenin yığılması Assit adlanır ki, bu da latınca su ilə dolu kisə deməkdir:

 

“Assit qarın boşluğunda mayenin toplanmasına verilən tibbi addır. Assit qaraciyər xəstəlikləri ürək və böyrək çatışmazlığı kimi xəstəliklərdə inkişaf edə bilər. Assitin yaranmasında əsas səbəb qaraciyər sirrozudur. Assitli xəstələrin təxminən 80%-ində qaraciyər sirrozu müşahidə olunur. Mədə, bağırsaq, mədəaltı vəzi və dalaqdan qaraciyərə qan gətirən venalarda sirroz səbəbi ilə təzyiq artır, sirroz olan qaraciyərin kifayət qədər istehsal edə bilməyəcəyi serum albumin səviyyəsi azalır. Bu halda qaraciyər onkotik təzyiqi azaldır və damardakı su qarın boşluğuna hərəkət edir”.

 

Ailə həkimimiz vurğuladı ki, assit əmələ gəlməsinin digər səbəbi sirrozdan sonra orqanizmdə duz və su yığılmasıdır. Sirroz səbəbi ilə orqanizmdə dövr edən qan həcmi azalır və böyrəklərə daha az qan axır:

 

“Bu, bəzi neyrohormonal mexanizmləri işə salır və nəticədə böyrəklər su və duz saxlayır və asit yığılır. Qaraciyər sirrozu olmasa belə, qaraciyərə daxil olan və çıxan venaların tıxanması nəticəsində də assit inkişaf edə bilər. Xroniki böyrək xəstəliklərində protein itkisi və su və duzun yığılması da assiti yaradan səbəblərdəndir. Sağ ürək çatışmazlığı və perikardın qalınlaşması ayaqlarda su yığılmasına və qarın boşluğunda mayenin yığılması səbəb olur. Assit eyni zamanda, mədəaltı vəzinin kəskin və xroniki xəstəliklərində, qalxanabənzər vəzin hormon çatışmazlığında, qarın boşluğunun infeksiyalarında və qarın boşluğuna yayılan xərçənglərdə inkişaf edə bilər”.

 

 

Nərminə xanım assitin əlamətlərindən də söz etdi. Bildirdi ki, qarın boşluğunda 400-500 ml-dən az assit əmələ gəlməsini xəstə hiss etməyə bilər. Arıq insanlar isə bunu daha tez hiss edir. Həkim deyir ki, maye toplanarsa, qarın boşluğunda şişkinlik hissi yaranır. Qarın boşluğunda həddindən artıq miqdarda maye yığıldıqda, xəstə nəfəs almaqda çətinlik çəkə bilər:

 

“Bəzən qarın boşluğundakı maye diaframanın təbii fəaliyyəti zamanı döş qəfəsində yığılır. Bəzi xəstələrdə assitə səbəb olan xəstəliyin digər simptomları daha qabarıq ola bilər. Assiti olan bir xəstənin əsas səbəbinin xroniki qaraciyər, ürək və böyrək xəstəlikləri olduğu bilindikdə, bəzi xüsusi hallar istisna olmaqla, ümumiyyətlə assit mayesindən nümunə götürmək lazım deyil. Bəzi hallarda, əsas səbəbi anlamaq çətin ola bilər. Bu zaman assit mayesindən nümunə götürülür və tədqiq edilir”.

 

 

QEYD:


Ailə həkimi Nərminə Abbasova ağciyər və qaraciyər şikayəti olan hər kəsi rəhbəri olduğu MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.
Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

İnternetin qiyməti ARTACAQ

Yuxu problemi olanlar üçün TƏKLİF

Beyləqanda çürümüş kişi meyiti tapıldı

Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Yeni radarlar: Cərimə yazmır, amma...

Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

Beyləqanda silahlı İNSİDENT

Prezidentin sabiq köməkçisi deputat olmaq İSTƏYİR

YAP-ın seçki TARİXİ

Beynəlxalq Azadlıq Cəbhəsi YARADILDI

Magistraturaya sənəd qəbulu prosesinin müddəti UZADILDI