"Bu evliliklərə qadağa insanların fundamental hüquqlarını pozur"

12:11 24-06-2024 | icon 165 | Cəmiyyət
"Bu evliliklərə qadağa insanların fundamental hüquqlarını pozur"

Əhməd Rəhmanov: "Bu məsələ elmdə tam araşdırılmayıb"

 

Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan olunub. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Müstəqil Hənkarlar Birliyinin həmtəsisçi, sosioloq Əhməd Rəhmanov deyib ki, hüquqi tərəfdən yanaşılsa, əslində bu evliliklərə qadağa qoymaqla insanların fundamental hüquqları pozulur.

 

İnsanların seçim hüququnun olduğunu qeyd edən Ə.Rəhmanov bildirib ki, bu məsələ elmdə tam araşdırılmayıb:

 

"Buna görə də kortəbii şəkildə qadağa qoyulması düzgün deyil. Biz öz ətrafımızda baxsaq, qohum evliliklərinə rast gələrik. Hazırda mənim ətrafımda olan belə ailələrin övladları tam sağlamdır. Amma qohum olmayan şəxslər də var ki, onların uşaqları xəstə doğulur. Burada insanlar arasında qohumluq yox, genetik uyğunsuzluq anlayışı var”.

 

Əhməd Rəhmanovun fikrincə, bu qadağa düzgün deyil:

 

“Genetik uyğunsuzluq isə bu cür həll oluna bilər ki, ailə qurmaq istəyən cütlüklər müayinədən keçsinlər, genetik uyğunluqlarını sübut etsinlər. Bu məsələyə elmi tərəfdən yanaşmaq lazımdır. Biz cəmiyyət kimi ailə institutunu qorumaq istəyiriksə, insanların sosial rifahını qaldırmalıyıq. Sosial rifah yaxşı olarsa, ailələrdə bu kimi problemlər aradan qalxacaq".

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

İyulun 13-14-də Miri Yusif Yaşıl Teatrda olacaq

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Yeni Şuşanın köhnə ab-havası

Amerika Kubokunun FİNALI

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB