"Fransanın Azərbaycanla bağlı bu cəhdi də nəticəsiz qalacaq"

12:22 24-06-2024 | icon 171 | Siyasət
"Fransanın Azərbaycanla bağlı bu cəhdi də nəticəsiz qalacaq"

Fuad Əliyev: "Fransa senatı həmişə ölkələrimizin əlaqələrinə zərbə vurmağa çalışıb"

 

Fransa Senatının Tədqiqat Komissiyası hökumətə enerji nəhəngi “Total Energies”in fəaliyyəti ilə bağlı hesabatda, xüsusilə, bu şirkətə Azərbaycanın neft-qaz sektoruna investisiya qoymağı dayandırmağı tövsiyə edib. Hesabatda həmçinin “Azərbaycanın karbohidrogen sektorunda fransız şirkətlərinin iştirakı ilə yeni layihələrin də dayandırılması” tələb olunur.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən siyasi ekspert Fuad Əliyev qeyd edib ki, Fransa Senatının bu çağırışı Azərbaycana qarşı dolayısı ilə sanksiya tətbiq etmək məqsədi güdür.

 

Ekspertin fikrincə, ümumiyyətlə, Fransa Senatı həmişə Fransa-Azərbaycan əlaqələrinə zərbə vurmağa çalışır:

 

"Qurumun qəbul etdiyi qətnamələr, Qarabağda məhv edilmiş qondarma qurumun tanınması onun Azərbaycana olan düşmən münasibətindən irəli gəlir. Azərbaycanın enerji sektorunda öz payı olan ”Total Energies" şirkətinin fəaliyyətinin dayandırması rəsmi Parisin ifadə etmir. Makron administrasiyası hər nə qədər ermənipərəst olsa da Azərbaycanda çox ciddi iqtisadi payı olan “Total Energies” şirkətinin buradan getməsini istəməz".

 

Fuad Əliyev hesab edir ki, Total şirkəti bununla bağlı mövqeyini bildirməlidir:

 

“Hər halda bu şirkət də istəməz ki, Azərbaycanla əməkdaşlığını davam etdirsin. Şirkətin rəsmisi Azərbaycana səfəri zamanı da etiraf edib ki, Azərbaycanda fəaliyyətlərini davam etdirməkdə maraqlıdırlar. Bundan əvvəl də Fransa BMT və digər platformalarda Azərbaycana sanksiya tətbiq olunması üçün cəhd edib, amma nəticəsi olmayıb. Bu dəfə də belə olacaq”.

 

AYSEL
versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Yeni Şuşanın köhnə ab-havası

Amerika Kubokunun FİNALI

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

İnternetin qiyməti ARTACAQ