Jozep Borrelldən XƏBƏRDARLIQ

12:26 24-06-2024 | icon 144 | Dünya
Jozep Borrelldən XƏBƏRDARLIQ

"Avropa İttifaqı Gürcüstana qapısını bağlaya bilər"

 

"Əgər ölkə hakimiyyəti öz siyasətini davam etdirərsə, Avropa İttifaqı Gürcüstana qapısını bağlayacaq".

 

Bu sözləri Avropa İttifaqı (Aİ) diplomatiya rəhbəri Jozep Borrell Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl müsahibəsində deyib:

 

"Gürcüstan xalqı üçün Aİ-yə yol açıqdır. Lakin hökumət gördüyü işləri davam etdirərsə, bu yol bağlanacaq... Bu gün Aİ ölkələri hansısa konkret qərarlar qəbul etmir, söhbət vəziyyətlə bağlı müzakirələrdən və mümkün tədbirlərdən gedir".

 

Jozep Borrell həmçinin maliyyə dəstəyi və yüksək səviyyəli təmasların məhdudlaşdırılmasını da istisna etməyib və vurğulayıb ki, bu tədbirlər əhalini təsir altına almamalıdır.

 

Xatırladaq ki, Avropa İttifaqı Gürcüstanda qəbul edilən "Xarici təsirin şəffaflığı haqqında" qanundan, həmçinin LGBT təbliğatına qarşı düzəlişlərdən narazıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

İyulun 13-14-də Miri Yusif Yaşıl Teatrda olacaq

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Yeni Şuşanın köhnə ab-havası

Amerika Kubokunun FİNALI

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB