"Milli Məclis COP-29 çərçivəsində Parlament İclası təşkil edəcək”

14:09 24-06-2024 | icon 162 | Siyasət
"Milli Məclis COP-29 çərçivəsində Parlament İclası təşkil edəcək”

 Kamal Cəfərov: “Bu çağırış milli və qlobal səyləri şərtləndirir"

 

"Azərbaycan Respublikasının Milli Məclisi Parlamentlərarası İttifaq ilə birlikdə COP-29 çərçivəsində Parlament İclası təşkil etməyi planlaşdırır. Bu tədbir parlamentarilərə geniş fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə hansı addımları ata biləcəklərini müəyyən etmək imkanı verəcəkdir. Beləliklə, görüş çoxtərəfli iqlim fəaliyyətinə parlament töhfəsi verəcək".

 


Versus.az xəbər verir ki, bu sözləri Milli Məclisinin deputatı Kamal Cəfərov Xankəndi şəhərində keçirilən “Ətraf Mühitin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda" Elmi-Praktiki Konfrans zamanı deyib.

 

Millət vəkili qeyd edib ki, bu çağırış milli və qlobal səyləri şərtləndirir. Onun szölərinə görə, iqlim dəyişikliyinə diqqət hazırda ən önəmli və təcili çağırışlardan biridir:

 

"Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişimlərin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.Bu sahədə həyata keçirilən tədbirlərin fonunda təsadüfi deyil ki, COP 29-a ev sahibliyi etməsi Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, qlobal miqyasda göstərdiyi səylərin tanınmasının bariz nümunəsidir".

 

Deputat deyib ki, COP 29 beynəlxalq konfransı çərçivəsində Azərbaycan Parlamentinin də üzərinə mühüm vəzifələr düşür:

 

"Şübhəsiz ki, məqsədlərimizə çatmaq üçün bu prosesdə beynəlxalq birliyin bütün üzvlərinin iştirakı vacibdir".

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

İyulun 13-14-də Miri Yusif Yaşıl Teatrda olacaq

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Yeni Şuşanın köhnə ab-havası

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Amerika Kubokunun FİNALI

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB