"Alimpaşalar çoxdur, onlar da cəzalarını alacaqlar"

22:05 24-06-2024 | icon 130 | Siyasət
"Alimpaşalar çoxdur, onlar da cəzalarını alacaqlar"

Hafiz Hacıyev: "Kasıb təbəqənin əlində olanları yeyirlər"

 

“Ölkədə icra başçılarına qarşı birmənalı olmayan münasibət ondan qaynaqlanır ki, onların bəziləri xalqın, millətin, kasıb təbəqənin əlində olanları yeyirlər. Millət də baxıb görür ki, dünənki gədə gəlib, bu gün milyoner olur”.



Versus.Az
 xəbər verir ki, bu sözləri açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

 

Partiya sədri Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun 11 il 6 ay həbs edilməsi fonunda sosial şəbəkələrdə rüşvətxor məmurlarla bağlı yazılan fikirlərə, habelə bəzi icra başçılarına qarşı olan reaksiyalara fikrini bildirib.

 

H. Hacıyev diqqətə çatdırıb ki, sabiq icra başçısı vaxtilə Şəmkirdə özü üçün bir çox şeylər edib:



“O, özünə balıq gölü düzəltdirmişdi, özünü Şəmkirin padşahı adlandırırdı. Qısası, rüşvətxorun biri idi. Ona görə də millət belə səviyyəsiz, korrupsioner adamlar tutulanda sevinir ki, qisasları alındı. Belə adamlar xalqdan deyillər, əksinə, onlar oğurluqla məşğul olan adamlardır. Onun üçün də əksəriyyəti Alimpaşa kimi bu gün “türmə”lərdə çürüyür. Təəssüf ki, xalqımız bir az unutqandır. 20 Yanvar qətliamını törədən adamı teleqram vurub Azərbaycana gətirən adam Baş nazir oldu, indi də yığdığını yeyir. Amma gərək onu ölü-diri yerinə qoymazdılar. Eləcə də başqa nazirlər, rayon icra hakimlərini də…”



H.Hacıyevin fikrincə, bu adamların hamısı xalqı o qədər incidiblər ki, xalq da onlara cəza veriləndə sevinir və deyir ki, “şükür Allaha, onlar bizdən oğurladıqlarına görə həbs edildilər”. MMP sədri düşünür ki, yaxın gələcəkdə də belə adamlar həbs olunacaq:

 

"Daha neçə-neçə “alimpaşalar”, “vəlipaşalar” haqqında ciddi tədbirlər görüləcək. Mənə elə gəlir ki, müharibədən sonrakı dövrdə rüşvətxor zümrə təmizlənməli və onlarla bağlı ciddi tədbirlər görülməlidir. 1-2 gədə-güdəyə görə milləti, dövləti onların ayağına verə bilmərik. Odur ki, alimpaşalar çoxdur və onlar da cəzalarını alacaqlar”. /Yenicag.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

İyulun 13-14-də Miri Yusif Yaşıl Teatrda olacaq

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Yeni Şuşanın köhnə ab-havası

Amerika Kubokunun FİNALI

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB