Ölüm riskini azaldan pəhriz

16:15 25-06-2024 | icon 636 | BakuNews TV
Ölüm riskini azaldan pəhriz

Aralıq dənizi pəhrizinin ürək xəstəlikləri və digər səbəblərdən ölümün qarşısını almaqda effektiv olduğu elmi şəkildə sübut edilib.

 

Bu barədə Rusiyanın Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun Yoluxucu Xəstəliklər Klinikasının kardioloq, terapevt, funksional diaqnostika üzrə mütəxəssisi, tibb elmləri doktoru Lyudmila Salamatina məlumat verib.

 

"Aralıq dənizi pəhrizinin konsepsiyası ABŞ-li diyetoloqlar Anselmi və Marqaret Keys tərəfindən irəli sürülüb. 1950-ci illərdə onlar italyanların, ispanların və yunanların yemək vərdişlərini öyrəniblər. Bu xalqlarda ürək xəstəlikləri və ölüm hallarının ən aşağı səviyyədə yayıldığı məlum olub", - deyə həkim bildirib.

 

Aralıq dənizi pəhrizinə yüksək miqdarda meyvə, tərəvəz, paxlalılar, bütöv taxıl, balıq və zeytun yağı, orta dərəcədə spirt istehlakı, qırmızı ət, süd məhsulları və doymuş yağ turşularının az qəbulu daxildir.

 

"Əlavə tədqiqatlar göstərdi ki, beş il ərzində qoz-fındıq ilə zənginləşdirilmiş Aralıq dənizi pəhrizinə riayət etmək ateroskleroz riskini 28%, sızma zeytun yağı ilə zənginləşdirilmiş qidalar isə 31% azaldır. Bundan əlavə, məlumdur ki, Aralıq dənizi pəhrizinə riayət etmək təkcə ürək-damar xəstəlikləri və ölüm riskinin 10% azalması ilə deyil, həm də bütün səbəblərdən ölüm hallarının 8% azalması ilə əlaqələndirilir", - deyə Salamatina bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

İyulun 13-14-də Miri Yusif Yaşıl Teatrda olacaq

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Yeni Şuşanın köhnə ab-havası

Amerika Kubokunun FİNALI

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB