Göz önündə qəribə naxışlarının yaranmasının SƏBƏBİ

09:08 27-06-2024 | icon 208 | Maraqlı
Göz önündə qəribə naxışlarının yaranmasının SƏBƏBİ

Göz önündə qəribə naxışlarının yaranmasının səbəbi məlum olub.

 

Bununla bağlı britaniyalı terapevt Sermed Mejer "Daily Mirror" nəşrinə müsahibəsində danışıb.

 

Mejerin sözlərinə görə, daha çox uşaqlar və yeniyetmələr gözlərinin qarşısında qəribə naxışlar və ya ləkələr görürlər.

 

O, bu parlaq parıltıların yaranmasının səbəbini açıqlayıb.

 

Mejer bildirib ki, insanların 75 faizi heç olmasa həyatlarında bir dəfə də olsa, gözlərini yumduqda bu parıltıları görüblər. Onun sözlərinə görə, bir qayda olaraq, bu, təhlükəli deyil. Lakin bu parıltıların yaranma səbəbi ilə bağlı bir neçə fərziyyə var.

 

"Birincisi, birbaşa mexaniki simulyasiyadır. Yəni göz qapaqlarının sürtünməsi və ya onlara təzyiq nəticəsində torlu qişanın daxilində işığa reaksiya verən hüceyrələrin simulyasiyası baş verir. Bu yolla biz müxtəlif rənglər və formalar görürük".

 

Bundan əlavə, foton şüalanması və ya maqnit sahələrinə məruz qalma nəticəsində gözlər qarşısında qəribə rəngli formalar meydana gələ bilər.

 

Terapevtin sözlərinə görə, bu cür rəng parıltıları adətən uşaqlar və yeniyetmələr tərəfindən görülür, böyüklərdə nadir hallarda rastlanır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

İnternetin qiyməti ARTACAQ

Yuxu problemi olanlar üçün TƏKLİF

Beyləqanda çürümüş kişi meyiti tapıldı

Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Yeni radarlar: Cərimə yazmır, amma...

Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

Beyləqanda silahlı İNSİDENT

Prezidentin sabiq köməkçisi deputat olmaq İSTƏYİR

YAP-ın seçki TARİXİ

Beynəlxalq Azadlıq Cəbhəsi YARADILDI

Magistraturaya sənəd qəbulu prosesinin müddəti UZADILDI