Daha iki partiya sədri deputat olmaq İSTƏYİR

15:00 27-06-2024 | icon 41 | Siyasət
Daha iki partiya sədri deputat olmaq İSTƏYİR

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

 

İclasda Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezident sorğusuna baxılıb.

 

Konstitusiya Məhkəməsi Plenumunun üzvləri Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğunluğu barədə qərar qəbul ediblər.

Qərarda deyilir ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və bu Qərar əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğun hesab edilməlidir.

 

Beləliklə, ölkəmizdə növbədənkənar parlament seçkilərinin sentyabrda keçiriləcəyi gözlənilir.



Siyasi partiyalar da vəziyyətə uyğun aktivləşib.
 

 

Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, seçkilərə hazırlıq işlərinə çoxdan start verilib:
 

"Bizim seçkilərlə bağlı 30 illik təcrübəmiz var. Partiyamız keçmiş Qarabağ Azadlıq Təşkilatının bazasında qurulub. Təşkilatda həm də siyasətlə məşğul olurduq. Mən də və təşkilatımızın xeyli üzvü də fərdi qaydada parlament seçkilərində namizədliyimizi vermişik. Hətta mən 2018-ci ildə Prezident seçkilərinə namizədliyimi vermişdim. Yəni kifayət  qədər təcrübəmiz var. Amma iki ildir ki, partiyaya çevrilmişik. Təbiidir ki, partiyaya  çevirildikdən sonra əsas hədəfimiz parlamentə düşməkdir. Parlament partiyasına çevrilmək istiqamətində işlər yarandığımız gündən gedir. Mənim də namizədliyim olacaq. Digər üzvlərimizin də Baakıdan və ya bölgələrdən namizədliyi irəli sürüləcək. İşlərimizi konkrretləşdiririk. Araşdırırıq ki, təxminən hansı bölgələrdə nüfuzlu adamlarımız var. Amma son məqamda bunu da nəzərə alacağıq ki, Azərbaycanın hansısa çox tanınmış şəxsi bir dairədən namizədliyini irəli sürübsə, bizim də oradan namizədliyimizi irəli sürməyimizin mənası yoxdur. Partiyanın şüarlarını, ümumi istiqamətlərini müəyyənləşdiririk".
 

 

A.Nağı təxminən 20-25 namizədlə parlament seçkilərində iştirak etməyi planlaşdırdıqlarını söyləyib:
 

"125 dairədən də namizəd irəli sürə bilərik. Lakin burada maliyyə məsələləri var. Ona  görə də iki ildir ki, fəaliyyət göstərən partiya kimi, 20-25 namizədlə çıxış etməyi planlaşdırıq. Yenə də hadisələrin gedişatını izləyəcəyik. Vəziyyətə uyğun olaraq namizədlərimizin sayı arta və ya azala bilər".
 

 

Partiya sədri özünün hansı seçki dairəsindən namizəd olacağından da bəhs edib:
 

"Təşkilatının ofisi əvvəl Binəqədidə yerləşirdi. Həmin dövrdə mən namizədliyimi Binəqədidən vermişdim.  Biz adətən ofisimiz harada yerləşirdisə, oradan namizədliyimizi verirdik ki, əlavə ofis tutmağa, xərcə ehtiyac olmasın. Xətaidən də, Nəsimidən də namizədliyimizi vermişik. Amma son 3 seçkidə seçimimiz Binəqədi olub. Lakin bu dəfə işğaldan azad olunmuş Qarabağ ərazilərindən, o cümlədən doğulduğum Ağdamdan da namizədliyimi irəli sürə bilərəm. Bu, seçkilərin vaxtı təyin olunandan dəqiqləşdiriləcək".

 


Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu seçkiyə hazırlıq proseslərinin davam etdiyini bildirib:
 

"Seçki bitəndən sonra, nəticələr Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənəndə növbəti seçkilərə hazırlıq başlayır. Azərbaycan cəmiyyətində bunu hələ də qəbul etmək istəmirlər. 50-dən artıq dairədən namizədimiz müəyyənləşib. Proses davam edir. Seçkinin konkret tarixi elan edildikdən sonra namizədlərimiz barədə məlumat yayılacaq. Onda dairələr də müəyyənləşəcək. Pariya bu məsələni daimi seçki  Qərargahının hər toplantısında müzakirə edir".
 

 

M.Mirəlioğlu seçkidə şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı məsələni də aydınlaşdırıb:
 

"Seçkilərdə iştirakımla bağlı partiyanın qərarı var. Amma zaman göstərəcək. Yəqin ki, mən də qərarı yerinə yetirməli olacam".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

İnternetin qiyməti ARTACAQ

Yuxu problemi olanlar üçün TƏKLİF

Beyləqanda çürümüş kişi meyiti tapıldı

Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Yeni radarlar: Cərimə yazmır, amma...

Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

Beyləqanda silahlı İNSİDENT

Prezidentin sabiq köməkçisi deputat olmaq İSTƏYİR

YAP-ın seçki TARİXİ

Beynəlxalq Azadlıq Cəbhəsi YARADILDI

Magistraturaya sənəd qəbulu prosesinin müddəti UZADILDI