Ermənilər Qarabağa bu halda qayıda bilər

08:11 28-06-2024 | icon 34 | Siyasət
Ermənilər Qarabağa bu halda qayıda bilər

Qarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının katibi olmuş Samvel Babayan öz ətrafı vasitəsilə son zamanlar Qarabağ ermənilərini bölgəyə qayıtmaq üçün razı salmağa çalışır. 

 

Bu proses reallaşa bilərmi? Bunun üçün Azərbaycanın şərtləri hansılardır? 

 

Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, Ermənistan daxilində və xaricində mövcud olan bəzi qüvvələr ermənilərin Qarabağa qayıtması məsələsini gündəmdə saxlamağa çalışırlar:

 

“Rusiya regionda öz mövcudluğunu saxlamaq üçün bu siyasətdən çıxış edərək, Qarabağdan köçən ermənilərin geri qayıtmasını dəstəklədiklərini bildirmişdi. Xankəndidə konsulluq açmaq məsələsi həm də ermənilərin geriqayıdışı ilə bağlıdır. Hazırda ermənilərin geri qayıtması real görünmür. Proseslə bağlı Azərbaycanın mövqeyi belədir ki, vətəndaşlığımızı qəbul edib, xüsusi status tələb etmədən geri qayıda bilərlər. Digər tərəfdən əgər Ermənistandan belə bir tələb varsa, Azərbaycan da vaxtı ilə yurd-yuvalarından qovulmuş Qərbi azərbaycanlıların öz torpaqlarına geri qayıtmasını tələb etməlidir. Düşünürəm ki, bu iki məsələ bir-biri ilə əlaqəli olmamalıdır. İlk növbədə Qərbi azərbaycanlılar öz yurd-yuvalarına qayıtmalıdır. Ermənilərin geri qayıtmaq məsələsinə gəlincə, həmin torpaqlar onların dədə-baba yurdları deyil. Könüllü şəkildə tərk etdikləri ərazilərimizə qoyduğumuz şərtlər daxilində geri qayıtmaq imkanları var”. /globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

İnternetin qiyməti ARTACAQ

Yuxu problemi olanlar üçün TƏKLİF

Beyləqanda çürümüş kişi meyiti tapıldı

Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Yeni radarlar: Cərimə yazmır, amma...

Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

Beyləqanda silahlı İNSİDENT

Prezidentin sabiq köməkçisi deputat olmaq İSTƏYİR

YAP-ın seçki TARİXİ

Beynəlxalq Azadlıq Cəbhəsi YARADILDI

Magistraturaya sənəd qəbulu prosesinin müddəti UZADILDI