MSK sabah seçkilərlə bağlı QƏRAR VERƏCƏK

18:57 28-06-2024 | icon 35 | Siyasət
MSK sabah seçkilərlə bağlı QƏRAR VERƏCƏK

Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclası keçiriləcək.

 

Versus.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” qəbul ediləcək, MSK-nın nəzdində ekspert qrupu və işçi qrupu yaradılacaq.

 

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.

 
 

Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.

 

Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.

 

İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırıb.

 

Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Yeni Şuşanın köhnə ab-havası

Amerika Kubokunun FİNALI

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

İnternetin qiyməti ARTACAQ