Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

12:09 29-06-2024 | icon 30 | Siyasət
Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar bu gündən passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsinə başlaya bilər.

 

Versus.Az xəbər verir ki, Seçki Məcəlləsinin 8.1, 146.1 və 146.4-cü maddələrinə əsasən, seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsinə başlaya bilər.

 

Seçki Məcəlləsinin 53.6 və 54.9-cu maddələrinə əsasən, namizədliyin irəli sürülməsini təsdiq edən qərar qəbul edildiyi gündən başlayaraq dairə seçki komissiyaları namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələri verir. Seçki Məcəlləsinin 56, 57 və 147-ci maddələrinə görə, Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququna malik vətəndaşı, namizəd, siyasi partiya, siyasi partiyaların bloku dairə seçki komissiyasının deputatlığa namizədliyin irəli sürülməsini təsdiq edən qərarından sonra namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanmasına başlayır.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 28-də “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclisə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

İnternetin qiyməti ARTACAQ

Yuxu problemi olanlar üçün TƏKLİF

Beyləqanda çürümüş kişi meyiti tapıldı

Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Yeni radarlar: Cərimə yazmır, amma...

Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

Beyləqanda silahlı İNSİDENT

Prezidentin sabiq köməkçisi deputat olmaq İSTƏYİR

YAP-ın seçki TARİXİ

Beynəlxalq Azadlıq Cəbhəsi YARADILDI

Magistraturaya sənəd qəbulu prosesinin müddəti UZADILDI