Azərbaycanlı namizəd İranın prezident seçkilərində öndədir

12:20 29-06-2024 | icon 111 | Dünya
Azərbaycanlı namizəd İranın prezident seçkilərində öndədir

İranda keçirilən növbədənkənar prezident seçkilərində islahatçı Məsud Pezeşkiyan mühafizəkarlar qanadın namizədi Səid Cəlilidən önə keçərək liderlik edir.

 

Versus.Az xəbər verir ki, indiyədək ümumilikdə 14 milyon 70 mindən çox səs hesablanıb.

 

Seçki komissiyasının son məlumatına görə, Məsud Pezeşkiyan 5 milyon 955 min 781 səs toplayıb. Onun əsas rəqibləri Səid Cəlili 5 milyon 560 min 321, Məhəmməd Qalibaf isə 1 milyon 891 min 381 səslə müvafiq olaraq ikinci və üçüncü yerdədir.

 

İranda prezident seçkilərində qalib gəlmək üçün namizəd seçicilərin 50 faizindən çoxunun səsini toplamalıdır. Namizədlərin heç biri bu qədər səs toplaya bilməsə, bir həftə sonra – iyulun 5-də ikinci tur keçiriləcək. Birinci turda ən çox səs toplayan iki namizəd prezident postu uğrunda mübarizəni davam etdirmək hüququ qazanacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Yeni Şuşanın köhnə ab-havası

Amerika Kubokunun FİNALI

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

İnternetin qiyməti ARTACAQ