Miasteniya - “əzələ zəifliyi” XƏSTƏLİYİ

13:01 01-07-2024 | icon 279 | Sağlamlıq
Miasteniya - “əzələ zəifliyi” XƏSTƏLİYİ

Nərminə Abbasova: “Xəstə daima fizioterapevt reabilitoq nəzarətində olmalıdır”

 

Bəzi xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir sonadək müəyyən edə bilmir. Bu dəfəki mövzumuz XVII əsrdən tibbə bəlli olan Miasteniya xəstəliyi ilə bağlıdır. Miasteniya “əzələ zəifliyi” anlamını verir.

 

Versus.Az xəbər verir ki, xəstəliklə bağlı oxucularımızı məlumatlandıran MayoMed Klinikasının Baş həkimi Nərminə Abbasova bildirdi ki, bu xəstəliyin müalicəsi yalnız həkimin peşəkarlığından asılı deyil. Beləki xəstə də məsuliyyətli olmalıdır:

 

“Miasteniya gənclər arasında - 20 yaşdan 40 yaşadək olanlar arasında yayılır. Daha çox qadınlar bu xəstəlikdən əziyyət çəkirlər. Rəsmi tibbi statistikaya görə, qadınlar bu xəstəliyə kişilərlə müqayisədə 3:1 nisbətində tutulurlar. Lakin yaşlandıqca kişilər qadınlara çatır və eyni səviyyədə xəstələnirlər. Əgər 20-40 yaşlarında miasteniyanın ağır forması ilə daha çox qadınlar xəstələnirlərsə, 60 yaşdan sonra vəziyyət dəyişir, kişilər önə çıxırlar”.

 

Ailə həkimimiz qeyd etdi ki, miasteniya – immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir. Autoimmun xəstəliklərdə immunitetin öz toxumalarına qeyri-düzgün, səhv reaksiya verdiyini deyən Nərminə xanım bildirdi ki, mexanizmi “yatmış” genlərin oyanması işə salır:

 

“Onları isə stress, kəskin respirator xəstəlikləri kimi xəstəliklər fəallaşdırır. Çünki bu xəstəliklər immun sistemini poza bilirlər. Onlarsa öz növbələrində öz orqanizminin hüceyrələrinə qarşı antitel hazırlayırlar. Miasteniyanın qadınlar arasında geniş yayılmasının səbəbi onların özünəməxsus immuni sistemləri ilə də bağlı ola bilər. Zərif cinsdə bu xəstəlik doğuş yaşlarında başlayır. Hamiləlik isə autoimmun xəstəliklərdə təhrikedici faktordur. Çünki bu zaman qadının orqanizmində hormonal və immun sistemi dəyişiklikləri baş verir. Miasteniya xəstəliyi üçün skelet əzələlərinin patoloji, tez bir zamanda yorulması xarakterikdir. Məsələn, adi halda ağır fiziki işdən sonra miasteniya güclənə, istirahətdən sonra isə əzələ zəifliyi azala bilər”.

 

Xəstəliyin simptomlarından bəhs edən Nərminə xanım miasteniyanın sirli xəstəlik olduğunu dedi. Bildirdi ki, bu vaxta kimi onun inkişafetmə səbəbləri və mexanizmi sona kimi öyrənilməyib:

 

“Bir çox hallarda xəstəlik güclü stress, soyuqdəymə xəstəliyindən sonra inkişaf etməyə başlayır. Lakin bəzən xəstəlik heç bir görünən səbəb olmadan inkişaf edə bilər. Xəstəlik tədricən inkişaf edir. İnsan tez yorulur, zəifləyir, göz qapaqları aşağı düşür, nitq aydın olmur, çeynəyəndə və udanda əziyyət çəkir. Miasteniya xəstəliyinin əlamətlərinə gəlincə, səhər yuxudan duranda göz çətinliklə açılır, təngnəfəslik özünü göstərir, ayaqlar ağrıyır, qollarsa tez yorulur. Axşam zamanı ağrılar səhərə nisbətən daha da artır. Bundan başqa, səs sanki “burundan çıxır”, sözlər çətinliklə deyilir və udqunmaq ağır işə çevrilir. İnsanın istənilən hərəkəti əzələlərlə sinirlərin müştərək işi sayəsində həyata keçirilir. Sinirlər əzələlərə impulslar ötürür, əzələlər isə lazım olan hərəkətlər edir. Miasteniya zamanı bu prosesdə pozulmalar yaranır ki, nəticədə əzələlər normal işləmir - tez yorulur, insanların hərəkətsizliyinə, hətta iflicə səbəb olur. Səhər oyanandan sonra xəstə özünü tam normal hiss edir, lakin bir neçə saatdan sonra xəstəliyin simptomları meydana çıxmağa başlayır. Beləliklə, xəstəliyin əsas simptomu əzələ zəifliyidir. Xəstəlik zamanı istənilən əzələ zədələnə bilər. Daha tez-tez üz və boyun əzələləri zədələnir”.

 

 

Ailə həkimi qeyd etdi ki, bir insanda xəstəliyin bir neçə simptomu ola bilər. Onun sözlərinə görə, bu, zədələnmiş əzələlərdən asılıdır. Həkim deyir ki, miasteniya zamanı həmçinin bədənin bütün əzələlərinin zədələnməsinə də təsadüf edilir:

 

“Xəstəliyin simptomları gərginlikdən sonra meydana çıxır. Gərginlik artdıqda, xəstənin vəziyyəti daha da pisləşir. Məsələn, danışmağa başlayanda insan bir az danışır, sözləri aydın tələffüz edir. Lakin bir qədər sonra nitqi kasadlaşmağa başlayır, sonra isə heç danışa bilmir. Bir müddət dincəldikdən sonra bu hal keçir. Miasteniyanın ağır formalarında xəstədə kriz vəziyyəti inkişaf edə bilər ki, bu zaman nəfəsalmada iştirak edən əzələlər iflic ola bilər. Bu da xəstənin həlak olmasına səbəb olacaq. Miasteniyanın diaqnozu bir sıra həkimlər üçün problem kimi görünsə də, xəstəliyin müəyyən edilməsi üçün dəqiq testlər var. Xəstəliyin inkişafı bir qayda olaraq məhz göz qapaqlarının işinin pozulması ilə başlayır. Vaxt keçdikcə ptoz, yəni yuxarı göz qapağının sallanması daha da güclənir. Daha sonra çeynəmə əzələləri yorulur, udqunmaq çətinləşir. Və nəhayət, bədənin eninəzolaqlı əzələləri - hərəkətimizə cavabdeh olan əl, ayaq və üz əzələləri əziyyət çəkməyə başlayır. Miasteniya xəstəsinin yerişi dəyişir. Yeri gəlmişkən, xəstələrə əsəbləşmək ziyanlıdır, çünki döş qəfəsində və nəfəs yollarında ağrıya səbəb olur”.

 

Nərminə xanım bildirdi ki, miasteniya həm anadangəlmə, həm də sonradan qazanılmış olur. Müalicəsinə gəlincə, həkim deyir ki, əvvəllər miasteniya yüksək letal sonucu olan ağır xəstəlik sayılırdı. Lakin müasir diaqnostika və müalicə metodları sayəsində letallıq minimaldır. Həkimin sözlərinə gəlincə, müalicə ilə 80% tam və natamam remissiyaya, yəni xəstəliyin əlamətlərinin zəiflədilməsi və ya tam yox olmasına nail olunur:

 

 

“Lakin unutmamaq lazımdır ki, miasteniya mahiyyəti etibarı ilə xroniki xəstəlikdir, ciddi və hərtərəfli müşahidə, müalicə tələb edir. Yəni xəstə mütəxəssis həkimin daimi nəzarəti altında olmalı və onun bütün tapşırıqlarına əməl etməlidir. Miasteniya xroniki proqressivləşən xəstəlikdir. Müalicəsiz buraxılmış bu xəstəlik ağır pozulmalara - əlilliyə və hətta insanın ölümünə səbəb ola bilər. Lakin miasteniyanı tam müalicə etmək mümkün olmasa da, müəyyən müalicə tədbirləri bu xəstəliyin simptomları ilə uğurla mübarizə aparır. Belə xəstə daim həkimlərin nəzarətində olmalı və müalicə almalıdır. Bəzən cərrahi müalicə tətbiq olunur. Xəstəlik konservativ dərman preparatları ilə müalicə edilir. Miasteniyanın yüngül hallarında kalium dərmanları yazılır, xəstəliyin ağır hallarında isə xəstə qlükokortikoid preparatları qəbul edir. Miasteniya xəstəsi yadda saxlamalıdır ki, bu xəstəlik bir çox əks göstəriciləri olan xəstəlikdir. Məsələn, alkoqol qəti qadağandır, gün altında qaralmaq olmaz”.

 

Ailə həkimi bildirdi ki, bundan başqa, miasteniyada həddən artıq ağır fiziki iş, maqnezium dərmanları, sidikqovucular, antibiotiklər, neyroleptikilər və itrankvilizatorlar, aminoqlikozidlər, ftorxinolonlar, ftorlu kortikosteroidlər qadağandır:

 

“Miasteniyalı həyatda başlıca şərt məsuliyyətdir. Xəstə öz bədənini gözləməli, dərman kursuna əməl etməli, daima fizioterapevt reabilitoq nəzarətində olmalıdır. Xəstələrə daima reabilitoloq nəzarəti altında müalicəvi idman prosedurları tətbiq olunmalıdır. Hər bir halda miasteniya ilə yalnız və sadəcə mövcud olmaq deyil, tam bir həyat da yaşamaq olar. Bunun üçün sağlam həyat tərzi keçirmək, əhval-ruhiyyənizi nəzarət altında saxlamaq lazımdır. Bu qayda əslində, yalnız miasteniyaya aid deyil, bütün xəstəliklər üçün vacib şərtdir”.

 

 

QEYD:


Ailə həkimi Nərminə Abbasova Miasteniya - “əzələ zəifliyi” xəstəliyindən şikayəti olan hər kəsi rəhbəri olduğu MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.
Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

İnternetin qiyməti ARTACAQ

Yuxu problemi olanlar üçün TƏKLİF

Beyləqanda çürümüş kişi meyiti tapıldı

Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Yeni radarlar: Cərimə yazmır, amma...

Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

Beyləqanda silahlı İNSİDENT

Prezidentin sabiq köməkçisi deputat olmaq İSTƏYİR

YAP-ın seçki TARİXİ

Beynəlxalq Azadlıq Cəbhəsi YARADILDI

Magistraturaya sənəd qəbulu prosesinin müddəti UZADILDI