“Belə bir sülh müqaviləsi gələcək nəsil üçün yeni problem yaradar”

16:42 03-07-2024 | icon 178 | Siyasət
“Belə bir sülh müqaviləsi gələcək nəsil üçün yeni problem yaradar”

Könül İsmayılova: “İlk fürsətdə Ermənistan yenə ərazi iddiası irəli sürəcək”

 

“Prezident İlham Əliyev Kanadanın ölkəmizə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edən zaman çıxışında bir sıra məsələlərə toxunub. Ölkə başçısı başlıca məqamın Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı olduğunu deyib. Qeyd edib ki, Ermənistan Konstitusiyasında dəyişiklik olmayacaqsa, Azərbaycana olan ərazi iddialarından əl çəkməyəcəksə, sülh də olmayacaq”.

 

Bunu Versus.Az-a Prezident İlham Əliyevin Kanada səfiri ilə görüşü ilə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinn üzvü Könül İsmayılova bildirib.

 

Könül İsmayılova qeyd edib ki, Ermənistan Konstitusiyasında elə bir müddəa qalarsa, Paşinyandan sonra hakimiyyətə gələnlər bu məsələni qaldıracaq və Azərbaycana qarşı yenidən ərazi iddialarını ortaya atacaq:

 

“Bu şəkildə sülh müqaviləsinin bağlanması gələcək nəsillər üçün yeni problem yaradacaq. Ona görə də Azərbaycan buna getməyəcək. Ölkə başçımızın bu yöndə qətiyyətli mövqeyi ortadadır. Ona görə də Ermənistan yalnız həmin müddəanı Konstutisiyasından çıxardıqdan sonra Azərbaycan Ermənistanla sülh müqaviləsini bağlaya bilər. Ermənistan bu yöndə əsaslı addımlar atmaqdan uzaq olduğu üçün sülh müqavləsinin bu il ərzində bağlanacağı inandırıcı görünmür. Yəni Ermənistan Konstitusiyasında dəyişiklik etmədən Azərbaycanla sülh imzalayacaqsa, bu sadəcə onların zaman udmasına xidmət edəcək. İlk fürsətdə Ermənistan yenə də Azərbaycana qarşı ərazi iddialarını irəli sürəcək”.

 

Prezidentin vaxtilə Azərbaycanla Ermənistan arasında keçmiş münaqişənin tənzimlənməsi ilə bağlı fikirlərinə də diqqət çəkən K.İsmayılova vurğuladı ki, İ.Əliyevin də dediyi kimi, münaqişənin mövcudluğu və Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu dövrdə Azərbaycanın ərarzi bütövlüyünün dəstəklənməsi çox vacib olsa da, bu istiqamətdə hər hansı bir mövqe yox idi:

 

“Xüsusən də Avropa ölkələrindən Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək yox idi. Azərbaycan Prezidenti növbəti dəfə aydın şəkildə beynəlxalq ictimaiyyətə yönəlik qəti mövqeyimizi təkrar etdi. Bir sözlə, kənar müdaxilələr olmamalıdır. Necə ki, artıq ötən ilin dekabr ayından başlayaraq Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar var və sərhədlərin delimitasiyası, demorkasiyasının təcrübəsi formalaşıb. Bunun özü onu nümayiş etdirir ki, iki tərəf öz arasındakı məsələni müzakirə edib həlli yollarını tapa bilir. Cənab İlham Əliyev bununla ölkəmizin güclü mövqeyini bir daha dünyaya çatdırmış oldu”.

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

İyulun 13-14-də Miri Yusif Yaşıl Teatrda olacaq

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Yeni Şuşanın köhnə ab-havası

Amerika Kubokunun FİNALI

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB