Bu tələblər yerinə yetirilməzsə…

17:22 04-07-2024 | icon 55 | Siyasət
Bu tələblər yerinə yetirilməzsə…

Razi Nurullayev: “Bu o demək olar ki, nəyinsə skleti yaradılır, amma onun içi boş qalır”

 

“Ermənistanın Konstitusiya aktından keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, anneksiya edilməsi ilə bağlı müddüəlar çıxarılmadan sülh müqaviləsinin bağlanması riskdir. Ermənistan Konstitusiyasında elə bir müddəa qalarsa, Paşinyandan sonra hakimiyətə gələnlər bu məsələni qaldıracaq və Azərbaycana qarşı yenidən ərazi iddialarını ortaya atacaq”.

 

Versus.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin Kanada səfiri ilə görüşü ilə bağlı açıqlamasında deputat Razi Nurullayev bildirib.

 

Deputat qeyd edib ki, bu şəkildə sülh müqaviləsinin bağlanması gələcək nəsillər üçün yeni problemin yaradılması olar:

 

“Azərbaycan buna getməyəcək. Bu məsələdə ölkə Prezidentinin qətiyyətli mövqeyini görürük, bütün xalq buna şahiddir. Ona görə də Ermənistan həmin müddəanı mütləq şəkildə Konstutisiyasından çıxarmalıdır. Yalnız ondan sonra Azərbaycan Ermənistanla sülh müqaviləsini bağlaya bilər”.

 

R.Nurullayev çərçivə sülh müqaviləsinə diqqət çəkərək, bunu  mümkün, bağlanmasını isə istisna edib. Onun fikrincə, bu o demək olar ki, nəyinsə skleti yaradılır, amma onun içi boş qalır:

 

“Azərbaycan Ermənistana təzyiq göstərməlidir ki, haqqın yoluna gəlsin. Azərbaycana və Türkiyəyə qarşı iddialarını geri götürməlidir. Eməniərin Qarabağa qayıtmasını istəyirlər. Amma bu o zaman mümkün ola bilər ki, Qərbi Azərbaycan icması da beynəlxlq ictimaiyyət tərəfindən qəbul olunur və o siyahıda olan insanlar öz dədə- baba yurduna qayıtmalıdır. Azərbaycanlıların İrəvandan qovulması təkcə 1988-ci ildə baş verməyib. 20-ci əsrdə ən azı 3-4 dəfə etnik təmizləşməyə məruz qalıb. Ermənistan azərbaycanlıların öz yuduna qayıtmasına razılıq verməlidir. Bu tələblər yerinə yetiriləszə sülh müqaviləsi bağlanmayacaq”.

 

R.Nurullayev sülh müqavləsinin bu il ərzində bağlanmasına çox az inandığını deyib. Çünki Ermənistan əsaslı addımlar atmaqdan uzaqdır:

 

“Mövqelər yaxınlaşır, müsbət siqnallar gəlir. Amma bütün bunlar sülh müqaviləsinin bir neçə ay müddətinə bağlanması anlamına gəlmir”.

 

LƏMAN
versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Yeni Şuşanın köhnə ab-havası

Amerika Kubokunun FİNALI

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

İnternetin qiyməti ARTACAQ