Aygün Kazımova "Vogue Kraliçası" oldu

10:37 05-07-2024 | icon 270 | Şou-biznes
Aygün Kazımova "Vogue Kraliçası" oldu

Xalq artisti Aygün Kazımova uzun müddətdir anons etdiyi “S.O.S” adlı yeni layihəsini sevənlərinin ixtiyarına verib. 

 

Versus.Az xəbər verir ki, Pop kraliça bu dəfə də məşhur türkiyəli rejissor Selim Akara müraciət edib.

 

Ekran işində Kazımovanı "Vogue" tərzində rəqs edən 15 rəqqas müşayiət edib. İddialı layihə üzərində 60 nəfərdən ibarət yaradıcı heyət çalışıb. Çəkiliş üçün türkiyəli şoumen Okan Bayülgenin sahibi olduğu "Dada Salon Kabarett" bağlatdırılıb. 

 

Onu da qeyd edək ki, ölkəmizdə bu günə kimi "Vogue" rəqs tərzinə müraciət edən ifaçı olmayıb. Aygün Kazımova klipində “Vogue” rəqs tərzinə müraciət edən ilk müğənni olub.

 

Klipdə əsas yaradıcı insanlardan biri də dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıldır. O, çəkiliş zamanı Aygün Kazımovanı tək qoymayıb.

 

Mahnının sözləri Orxan Qarabasmaya, musiqisi Kazımcana aiddir.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

İnternetin qiyməti ARTACAQ

Yuxu problemi olanlar üçün TƏKLİF

Beyləqanda çürümüş kişi meyiti tapıldı

Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Yeni radarlar: Cərimə yazmır, amma...

Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

Beyləqanda silahlı İNSİDENT

Prezidentin sabiq köməkçisi deputat olmaq İSTƏYİR

YAP-ın seçki TARİXİ

Beynəlxalq Azadlıq Cəbhəsi YARADILDI

Magistraturaya sənəd qəbulu prosesinin müddəti UZADILDI