Dini Komitədə yeni TƏYİNATLAR

13:18 05-07-2024 | icon 164 | Cəmiyyət
Dini Komitədə yeni TƏYİNATLAR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qurumun fəaliyyətini müasir tələblərə uyğunlaşdırmaq, işin keyfiyyətini yüksəltmək, daha çevik və operativ idarəetməni təmin etmək məqsədilə struktur dəyişiklikləri aparılıb.

 

Versus.az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin sədri Ramin Məmmədov müvafiq əmr imzalayıb.

 


Komitədə mövcud ştat vahidləri çərçivəsində Dini məsələlər, Regionlarla iş, Beynəlxalq əməkdaşlıq, Ekspertiza, İnklüziv inkişaf, Media və kommunikasiya, Dövlət qulluğu və insan resursları, Sənədlərlə və müraciətlərlə iş, Maliyyə və təchizat şöbələri, eləcə də iki müşavir vəzifəsi və bir aparat rəhbərinin müavini postu yaradılıb.

 


Dövlət Komitəsində Daxili nəzarət, Analitik təhlil və proqnozlaşdırma, İnformasiya texnologiyaları, Layihələrin idarə olunması, Hüquq, Vətəndaşların qəbulu və Satınalmalar sektorları fəaliyyət göstərəcək.

 


Dövlət Komitəsi sədrinin əmri ilə yeni yaradılmış struktura uyğun kadr təyinatı aparılıb. Belə ki, Nəriman Qurbanov aparat rəhbəri, Elşad Miraləm aparat rəhbərinin müavini, Anar Rəhimov Beynəlxalq əməkdaşlıq, Ramin Xudayev Regionlarla iş, Aqşin Əliyev Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri vəzifəsini icra edəcək.

 

Amil Cavadov sədrin müşaviri, Cahandar Əlifzadə Dini məsələlər, Nahid Məmmədov Ekspertiza, Elnarə Kərimova İnklüziv inkişaf, Yaqut Əliyeva Media və kommunikasiya, Vüqar Səlimov Sənədlərlə və müraciətlərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunublar.
 

 

Bundan başqa, Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyində də dəyişiklik edilib. Fondun icraçı direktoru vəzifəsinə Vüsal Göyüşov təyin olunub.



Bakı İlahiyyat Kolleci publik hüquqi şəxsin direktoru vəzifəsi isə Mehman İsmayılova həvalə olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

İnternetin qiyməti ARTACAQ

Yuxu problemi olanlar üçün TƏKLİF

Beyləqanda çürümüş kişi meyiti tapıldı

Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Yeni radarlar: Cərimə yazmır, amma...

Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

Beyləqanda silahlı İNSİDENT

Prezidentin sabiq köməkçisi deputat olmaq İSTƏYİR

YAP-ın seçki TARİXİ

Beynəlxalq Azadlıq Cəbhəsi YARADILDI

Magistraturaya sənəd qəbulu prosesinin müddəti UZADILDI