Azərbaycanın dünyada nüfuzlu ölkə olmasının daha bir SÜBUTU

19:33 05-07-2024 | icon 79 | Siyasət
Azərbaycanın dünyada nüfuzlu ölkə olmasının daha bir SÜBUTU

Kamilə Əliyeva: "Azərbaycan dünya iqtisadiyyatına böyük töhfə verən ölkəyə çevrilib"

 

"Qazaxıstanın paytaxtı Astana şəhərində "Şanxay Əməkdaşlıq Təşkilat"ının Zirvə görüşünə Prezident İlham Əliyevin dəvət olunması ölkə başçımıza olan böyük hörmət və ehtiramın nümunəsi, eləcə də Azərbaycanın dünyada nüfuzlu bir ölkə olmasının sübutudur. Prezidentimizin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan tək regionda deyil, beynəlxalq aləmdə çox əhəmiyyətli bir dövlətə, eləcə də dünya iqtisadiyyatına böyük töhfə verən ölkəyə çevrilmişdir".

 

Bunu Versus.Az-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva bildirib.

 

Deputat qeyd edib ki, Qazaxıstanda ölkə başçımız ŞƏT-ə üzv olan bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirtdi. Bu görüşlərdə dövlətlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin müzakirə olunduğunu vurğulayan K.Əliyevanın fikrincə, bu baxımdan son dövrlər Azərbaycanla Çin arasında iqtisadi, siyasi əlaqələr getdikcə dərinləşməkdədir:

 

"Çin hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, Azərbaycan isə Çinin "Vahid Çin" siyasətini dəstəkləyir. Azərbaycanın Xarici İşlər Nazirliyi Tayvanda keçirilən seçkiləri tanımadığını bildirən bəyanatla çıxış etmişdir. Azərbaycan Tayvanın Çinin bir hissəsi olduğunu dəfələrlə vurğulamışdır. Qazaxıstanda dünyanın iqtisadi və siyasi cəhətdən lider dövlətlərindən olan Çinlə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin qəbul edilməsi Azərbaycanın xarici siyasətinin uğurudur.

Zirvə görüşündə çıxış edən cənab İlham Əliyev Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin daha da genişləndirilməsi istiqamətində Azərbaycanın öz ərazisində böyük nəqliyyat-logistika infrastrukturu yaratdığını və gələcəkdə Şərq-Qərb, Şimal-Cənub marşrutları üzrə yükdaşımaların həcminin artırılması üçün əlavə tədbirlərin görüləcəyi barədə məlumat verdi. Onun təşəbbüsü ilə inşa edilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin ən əhəmiyyətli tərkib hissəsinə çevrilmişdir. Bu dəmir yolu vasitəsilə Şərqən Qərbə və əks istiqamətdə yükdaşımaların həcmi hər il artmaqdadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Azərbaycandan keçməklə bu marşrut xəttləri ilə yükdaşımalar iqtisadi cəhətdən çox səmərəlidir və ən qısa məsafədir. Ölkəmizdə yaradılan şaxələndirilmiş nəqliyyat qovşağı bütün dövlətlərin iqtisadi inkişafına böyük töhfələr verir. Prezident cənab İlham Əliyevin iqtisadi-siyasi, həm də enerji sahəsində həyata keçirdiyi siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət etməklə yanaşı bəşəriyyətin gələcək inkişafına da töhfə verir. Azərbaycan neft-qazla zəngin olan ölkə olmasına baxmayaraq dünyanın yaşıl enerjiyə keçid prosesində əhəmiyyətli rol oynayır. Bu istiqamətdə Azərbaycanda görülən işlər, həyata keçirilən böyük layihələr dünya dövlətləri tərəfindən rəğbətlə qarşılanır. Dünyanın təxminən 200 ölkəsinin ən böyük və nüfuzlu COP-29-a Azərbaycanın ev sahibliyi etməsi barədə yekdil qərarı Prezident cənab İlham Əliyevin həyata keçirdiyi böyük və misilsiz xidmətlərinə verilən qiymətdir. Azərbaycan iqlim dəyişikliyindən əziyyət çəkən ölkə olmasına baxmayaraq, özü də inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Bakıda keçiriləcək COP-29 konfransında Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə bütün dövlətlər arasında körpü rolu oynayacaq bir ölkə olacaq".

 

LƏMAN
versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

İnternetin qiyməti ARTACAQ

Yuxu problemi olanlar üçün TƏKLİF

Beyləqanda çürümüş kişi meyiti tapıldı

Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Yeni radarlar: Cərimə yazmır, amma...

Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

Beyləqanda silahlı İNSİDENT

Prezidentin sabiq köməkçisi deputat olmaq İSTƏYİR

YAP-ın seçki TARİXİ

Beynəlxalq Azadlıq Cəbhəsi YARADILDI

Magistraturaya sənəd qəbulu prosesinin müddəti UZADILDI