Böyük ÇAĞIRIŞ

19:48 05-07-2024 | icon 368 | İdman
Böyük ÇAĞIRIŞ

2 iyul 2024-cü ildə Avropa Çempionatının səkkizdə bir final mərhələsində Türkiyənin qalib gəldiyi Türkiyə-Avstriya oyununda 2 qol vuran və buna görə sevinib sevincini əl barmaqları ilə Bozqurd işarəsi göstərən Merih Demirala qarşı çıxan, ona qarşı əsassız, qanunsuz istintaq başladan, illərlə türk və Azərbaycanın idman komandalarına, xüsusilə də “Qarabağ” futbol klubuna qarşı haqsız, ədalətsiz və amansızlığı ilə seçilən UEFA-ya və Avropa camiəsinə.


 
Ey mədəniyyət deyilən,
Tək dişi qalmış canavar,
Sənə şair ürəyimin,
Bir alovlu haqq sözü var.
Əsrlərlə kəc baxaraq,
Uğuruna gülmədiyin,
Haqsız əngəllərə salıb,
Böhtan atıb, lağ etdiyin,
Bir millətin övladları,
Bu gün tarix yazan zaman,
Özünə quyu qazanın,
Quyusunu qazan zaman,
Niyə birdən düşdün axı,
Sən kədərə, sən təlaşa,
Birdən-birə özün saldın,
Özünü sən dağa-daşa?
Dedin: “Necə edim axı,
Ləkələyim mən bunları?
Mərdliyiylə, düzlüyüylə,
Haqsıza zidd olanları?”
Dayanmadın, fikirləşdin,
Bir günün içərisində,
Üzdün üzgüçülər kimi,
Bəhanələr dənizində.
Sonda isə sən ən gülünc,
Bir bəhanəni çıxartdın,
Millətimin dəyərinə,
Tarixinə əl uzatdın.
Türk futbolçu tarix yazır,
Avropanın ortasında,
Onun Bozqurd işarəsi,
Gözünüzü kor eylədi.
Batırdı, itirdi sizi,
Qəm, kədər, yas dəryasında,
Sizin o haqsız “haqlılar”,
Əl-ayağa düşüb dedi:
“Bu ki milli dözümsüzlük!
Onu burdan rədd etməli!
Barbar türklər yenə gəlib,
Bizə “dərs keçir” deməli!”
Bizim qəhrəman topçunu,
Tutdunuz top atəşinə,
Özünüz isə yandınız,
Kin-küdurət atəşində.
Bu da lap az imiş kimi,
İşi həddindən çıxartdın,
Sən istintaq qərarını,
Onun haqqında başlatdın.
Türklər sənin əməlinə,
Susqun qalacaqdır sandın.
Soruşuram səndən, qafil,
Bununla sən nə qazandın?
Bilirəm, çox şey itirdin,
Bilmirəm ki, nə qazandın?
Qazanmadın sən heç nəyi,
Amma özün sübut etdin,
Haqq sözlərin qarşısında,
Nahaq sözün sübut etdin.
Sübut etdin, ən dözümsüz,
Bir millət kimi özünü,
Amma bizə öz adını,
Dedin, şər etdin sözünü.
Sübut etdin, nahaq işin,
Haqlılara yayan kimi,
Özünü Türk millətinə,
Sübut etdin düşman kimi.
Biz sənə düşmən demirik,
Bunu sən özün deyirsən,
Bizə qarşı hər əməldə,
Bunu sübut eyləyirsən.
Nə istəyirsən axı sən,
Bu uca Türk millətindən?
Bilmirsən, heç kəs istəməz,
Ola türkə xain, düşmən?
Sənin əl, dil uzatdığın,
Min illərin ulu Türkü,
Heç bir zaman olmamışdır,
Gözlərində qorxu, hürkü.
Qitələri tərs çevirib,
Zalımlara diz çökdürüb,
Mənliyinə toxunanın,
İki gözünü tökdürüb.
Başlasa da, Asiyanın,
Çöllərində dastanımız,
Bu gün bütün qitələrdə,
Səslənibdir ad-sanımız.
Avropadan dəm vurursan,
Demokratiya deyirsən,
Zaman-zaman dayanmırsan,
Sən özünü hey öyürsən,
Avropalı olmaqdırmı,
Ən böyük şans və imtiyaz?
Sən bil ki, bunun önəmi,
Turanlı olmaqdan çox az!
Unutma sən etruskları,
Unutma Romulu, Remi!
Qurdun döşündən süd əmən,
O cəngavər igidləri!
Sən unutma ki, tarixi,
Romanın vətəndaşları,
Olublar onlar əzəldən,
Türklərin süd qardaşları!
Avropadakı albanlar,
Cavanşirin adaşları!
Avropadan da çox olub,
O igidlərin yaşları!
Lap gələk yaxın keçmişə,
Sən unutma Osmanlını!
İstanbulu azad edib,
Avropaya səs salanı!
Sizin bugünkü məkriniz,
Əslində gəlir o vaxtdan,
Sən bilmirsən ki, Avropa,
Yaranıb ulu Turandan?
Sənin xəbis avropalın,
Soyqırımdan danışarkən,
Soyqırımın nişanəsi,
Bir işarə göstərərkən,
Niyə susdun, danışmadın?
De, vicdanındamı susdu?
Vicdan daxildə də susmaz,
O daxilində qan qusdu!
Bozqurd işarəsi nə vaxt,
Dözümsüzlük simvoludur?
Bil ki, bu bütün dünyanın
Haqq və ədalət yoludur!
Türklüyünü hiss edirsə,
Fəxr edirsə bir qəhrəman,
Sevincini göstərirsə,
Bunda nə var axı, nadan?
Haqsız qərar çıxarmağın,
Bil ki, sənin acizliyin,
Dilsiz şeytanlıqdır ancaq,
Məzlumlara səssizliyin.
Eşidin, sizə son sözüm,
Toxunmayın Turanıma!
Türk dünyasın təmsil edən,
O 11 qəhrəmanıma!
Fərdi, Hakan, Kaan, Kənan,
Arda, İsmail, İrfan Can,
Onlara dəstəyin verir,
Verəcəkdir bütöv Turan!
Haqsızlığın təsir etməz,
Bizim Merih Demirala,
Yenə o qollar vuracaq,
Odlu Bozqurd sevdasıyla!
Hücumunu dəf edirik,
Qapıçı Mərt Günox kimi,
Yüksəlişimiz saplanır,
Qəlbinə bu gün ox kimi.
Ey özünə doğru deyən,
Gerçəkdəysə oğru, quldur,
Sənə Turan ürəyimin,
Alovlu haqq sözü budur!

 

Sevindik Nəsiboğlu

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Yeni Şuşanın köhnə ab-havası

Amerika Kubokunun FİNALI

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

İnternetin qiyməti ARTACAQ