“Azərbaycan təbii olaraq ŞƏT üçün cəlbedici görünür”

20:44 05-07-2024 | icon 95 | Siyasət
“Azərbaycan təbii olaraq ŞƏT üçün cəlbedici görünür”

Rəşad Bayramov: "Bu təşkilatın gələcəkdə Azərbaycan üçün önəmini təsəvvür etmək olar"

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Astanaya səfər edib. Prezidentin Astana səfəri və bu çərçivədə keçirilən görüşləri maraqla izlənir. Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə sammitində qəbul edilən “Astana Bəannaməsi” bu zirvənin əhəmiyətini, mahiyyətini bir daha ortaya qoymaqla yanaşı, yeni perspektivlərə işıq salıb. ŞƏT-in əhəmiyyəti, xüsusilə də Azərbaycanın bu sammitdə tutduğu yeri və rolu xüsusilə diqqətlə izlənir. Eləcə də Azərbaycan dövlət başçısının Çin Xalq Respublikasının Sədri Si Cinpin, Rusiya Prezidenti, eləcə də qardaş Türkiyə, Pakistan liderləri ilə üçtərəfli və ikitərəfli görüşləri keçirilib.

 

ŞƏT Zirvəsi, eləcə də Azərbaycan və Çin dövlət başçlarının strateji tərəfdaşlıq haqqında imzaladığı bəyannamənin ölkələrimz üçün əhəmiyyəti, rolu nədir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə şərh verən politoloq Rəşad Bayramov xatırladıb ki, Astanada “ŞƏT+” formatında keçirilən Zirvə görüşündə 16 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər.

 

Politoloq qeyd edib ki, ölkəmiz artıq ikinci dəfədir ki, bu mötəbər tədbirə dəvət olunur:

 

"İlk dəfə dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanda keçirilən Zirvə görüşündə iştirak etmişdi. ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Qurumun Səmərqənd sammitində İranın tamhüquqlu üzv kimi qəbul edilməsindən sonra ŞƏT üzvlərinin sayı 9 olmuşdu. Astana görüşündə isə Belarusun da tam hüquqlu üzv kimi qəbulundan sonra bu ölkələrin sayı 10-a çatdı. Bunlar Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran və Belarusdur. Əfqanıstan, Monqolustan müşahidəçi üzvlər, Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı isə dialoq tərəfdaşlarıdır”.

 

R.Bayramov bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı xüsusilə son illərdə beynəlxalq arenada nüfuzu artan, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində mühüm rol oynamağa başlayan qurum kimi daha çox diqqət cəlb edir. Onun sözlərinə görə, ŞƏT-in beynəlxalq hüquqi cəlbediciliyinin digər tərəfi onun hansısa bloka daxil olmaması, üçüncü ölkələrə və ya digər beynəlxalq təşkilatlara qarşı yönəlməməsi, bütün iştirakçıların bərabərliyi və suverenliyinə hörməti, daxili işlərə qarışmaqdan imtina etməsi və münaqişələrin qarşısının alınmasıdır.


Politoloq qeyd edib ki, ölkəmiz hazırda ŞƏT-in dialoq üzrə tərəfdaşı kimi regional təhlükəsizlik məsələləri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələrinin irəlilədilməsi üzrə Təşkilatla faydalı əməkdaşlıq edir:

 

“Azərbaycanın Şanxay əməkdaşlıq Təşkilatının əsas, müşahidəçi və dialoq tərəfdaşları ilə ticarət dövriyyəsi artıq 20 milyard dollara çatır. Halbuki, bu rəqəm 5 il əvvəl cəmi 9,2 milyard, 2022-ci ildə isə 15,5 milyard idi. Nəzərə alsaq ki, Azərbaycanın ən böyük 4 ticarət tərəfdaşından 3-ü, yəni Rusiya, Çin və Türkiyə bu təşkilatın əsas üzvü və ya dialoq tərəfdaşıdır, onda bu təşkilatın gələcəkdə Azərbaycan üçün önəmini təsəvvür etmək olar”.

 

R.Bayramov bildrib ki, ŞƏT-in əsas fəaliyyət istiqamətlərindən biri təşkilatın bütün coğrafiyasında regional təhlükəsizliyin təmin edilməsidir:

 

"Bunun üçün terrorizm, separatizm və ekstremizmin səbəbləri, mənbələri və təzahürlərinin aradan qaldırılması qurumun fəaliyyətində prioritet kimi müəyyən edilib. Məhz ŞƏT çərçivəsində “Terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə haqqında” 15 iyun 2001-ci il tarixli Şanxay Konvensiyası qəbul edilib. Üzv dövlətlər arasında təhlükəsizlik sahəsində əməkdaşlıq da hər zaman təşkilatın əsas vəzifəsi kimi gündəmdədir ki, bu da öz növbəsində ŞƏT sərhədləri daxilində davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında böyük önəm kəsb edir. Hazırda ölkəmiz ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir və onu da qeyd edim ki, Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. Belə ki, ölkəmiz son illərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Odur ki, Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycan təbii olaraq ŞƏT üçün də cəlbedici görünür”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Yeni Şuşanın köhnə ab-havası

Amerika Kubokunun FİNALI

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

İnternetin qiyməti ARTACAQ