Xaricdə təhsil almış 71 nəfərin diplomu TANINMADI

13:47 08-07-2024 | icon 158 | Təhsil
Xaricdə təhsil almış 71 nəfərin diplomu TANINMADI

İyun ayı üzrə xaricdə təhsil almış 308 müraciətçinin 237-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 71 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

 

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

 
 

Qeyd olunub ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 56, təhsil forması səbəbilə 4, akkreditasiyasız ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbilə 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 3, dövlət nümunəli olmayan diplom səbəbilə 3, ekvivalenti olmayan ixtisas səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

 

Azərbaycan üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 91, Rusiyadan 90, Ukraynadan 71, Gürcüstandan 17, Birləşmiş Krallıqdan 13, Polşadan 5, Amerika Birləşmiş Ştatlarından 3, Fransadan 2, İtaliyadan 2, Koreyadan 2, Qazaxıstandan 2, Almaniyadan 1, Cənubi Afrika Respublikasından 1, Çex Respublikasından 1, Çindən 1, İspaniya Krallığından 1, İsveç Krallığından 1, Macarıstandan 1, Mərakeş Krallığından 1, Niderland Krallığından 1, Yaponiyadan 1 müraciətin olduğu müşahidə olunur.

 

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 31, iqtisadiyyat üzrə 26, menecment üzrə 21, biznesin idarə edilməsi üzrə 19, dövlət və bələdiyyə idarəetməsi üzrə 13 müraciətçi qeydə alınıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

İnternetin qiyməti ARTACAQ

Yuxu problemi olanlar üçün TƏKLİF

Beyləqanda çürümüş kişi meyiti tapıldı

Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Yeni radarlar: Cərimə yazmır, amma...

Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

Beyləqanda silahlı İNSİDENT

Prezidentin sabiq köməkçisi deputat olmaq İSTƏYİR

YAP-ın seçki TARİXİ

Beynəlxalq Azadlıq Cəbhəsi YARADILDI

Magistraturaya sənəd qəbulu prosesinin müddəti UZADILDI