Hansı sənətçilər seçkiyə gedəcək?

14:41 09-07-2024 | icon 325 | Şou-biznes
Hansı sənətçilər seçkiyə gedəcək?

“Çox adam mənə deyir ki, səndən yaxşı deputat olar”

 

Azərbaycan Respublikası növbədənkənar parlament seçkilərinə hazırlaşır. 2024-cü il sentyabr ayının 1-də qanunverici orqana növbəti seçkilər keçiriləcək.

 

Maraqlıdır ki, budəfəki seçkilərdə hansı sənət adamları iştirak edəcək.

 

Modern.az bir sıra sənət adamı arasında sorğu keçirib.

 

Xalq artisti Niyaməddin Musayev seçkilərdə iştirakı ilə bağlı bunları deyib:

 

"Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisində namizədliyimi irəli sürməyəcəm. Amma hər kəs gedib parlament seçkilərində səs verməlidir. Mən də gedib səsvermədə layiqli namizədə səs verəcəm".

 
 

Xalq artisti Mənsum İbrahimov da seçkilərdə namizədliyini irəli sürməyəcəyini bildirib:


 

"Çünki mənim öz sahəmdə, yəni muğam aləmində görəcəyim işlər həddindən artıqdır. Milli Konservatoriyada Muğam kafedrasının müdiriyəm. İş həddindən artıq çoxdur. Düşünürəm ki, mədəniyyət sahəsində daha faydalı ola bilərəm. Namizədliyini verən hər kəsə uğurlar arzulayıram. İnanıram ki, xalq da öz layiqli namizədini seçəcək".
 

Əməkdar artist, aktrisa Mehriban Xanlarova söyləyib ki, çoxları onun deputat olmasını istəyir:
 

"Mən namizədliyimi irəli sürməyəcəm. Çox insanlar mənə deyiblər ki, səndən yaxşı deputat olar. Bəzi məsələlər var ki, mən axıra qədər gedirəm. Haqq uğrunda iş görməyi sevirəm. Qorxuram qabağımı kəsələr. 200 dərəcə dönən deputatın olmağındansa, olmamağı yaxşıdır. Prezidentimiz cənab İlham Əliyev deyir ki, "məmurlar xalqın xidmətçisi olmalıdır". Atatürkün yaxşı bir kəlamı var. O deyir ki, "hamınız millət vəkili ola bilərsiniz, amma hamınız sənətkar ola bilməzsiniz. Təəssüf ki, Əməkdar artist kimi xalqın problemlərinin həllinə bəzi deputatlardan daha çox töhfə verə bilirik. İndi yenə də bəziləri qapı-qapı düşüb müəyyən vədlər verib səs istəyəcək, seçildikdən sonra isə sözlərinin arxasında dayanmayacaqlar. Bu, təbii ki, hamıya aid deyil. Amma beləsi deputat olacağına, istəmirəm, olmasın".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Yeni Şuşanın köhnə ab-havası

Amerika Kubokunun FİNALI

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

İnternetin qiyməti ARTACAQ