Nikolas Keyc süni intellektdən qorxur

08:44 10-07-2024 | icon 316 | Şou-biznes
Nikolas Keyc süni intellektdən qorxur

"Bəs ürək döyüntüləri necə olacaq?"

 

Amerikalı aktyor Nikolas Keyc süni intellektdən və onun əyləncə sənayesində mümkün istifadəsi imkanlarından sözün əsl mənasında "dəhşətə düşdüyünü" etiraf edib.

 

O, bu barədə "The New Yorker" qəzetinə müsahibəsində bildirib.

 

Keyc şousu və gələcək filmlərindən biri üçün skan ediləcəyini açıqlayıb. Aktyorun rəqəmsal surəti yaradılacaq.

 

"Məni kompüterə qoymalı, göz rəngimi seçməli və nəyisə dəyişdirməlidirlər, bilmirəm. Onlar mənim bədənimi oğurlayacaqlar və süni intellektdən istifadə edərək onunla istədiklərini edəcəklər".

O əlavə edib ki, imici üzərində işdə süni intellektdən istifadə olunmayacağına ümid edir.

 

Aktyor rəqəmsal texnologiyalara və süni intellektə olan həvəsin nəyə gətirib çıxaracağı ilə maraqlandığını etiraf edib:

 

"Həqiqi sənətkarların aqibəti necə olacaq? Onlar əvəzlənəcək? Dəyişəcək? Bəs ürək döyüntüləri necə olacaq? Demək istəyirəm ki, mən öləndə üzümə, bədənimə nə olacaq? Mən onlara heç nə edilməsini istəmirəm".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

İnternetin qiyməti ARTACAQ

Yuxu problemi olanlar üçün TƏKLİF

Beyləqanda çürümüş kişi meyiti tapıldı

Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Yeni radarlar: Cərimə yazmır, amma...

Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

Beyləqanda silahlı İNSİDENT

Prezidentin sabiq köməkçisi deputat olmaq İSTƏYİR

YAP-ın seçki TARİXİ

Beynəlxalq Azadlıq Cəbhəsi YARADILDI

Magistraturaya sənəd qəbulu prosesinin müddəti UZADILDI