Depressiyanın 6 fərqli NÖVÜ

09:16 10-07-2024 | icon 352 | Sağlamlıq
Depressiyanın 6 fərqli NÖVÜ

“The İndependent” nəşri yazır ki, alimlər bununla bağlı araşdırma aparıblar. Nəticələr daha effektiv müalicə üsullarının inkişafına ümid yaradır.

 

Tədqiqatın nəticəsi hər bir insan üçün daha təsirli müalicələrin tətbiq oluna biləcəyini ortaya qoyur. Dünyada təxminən 280 milyon insanın əziyyət çəkdiyi depressiya adətən psixoterapiya, dərman müalicəsi və ya beynin elektrik stimulyasiyası ilə müalicə olunur. Bir çox xəstənin müalicə üsulunu sınadıqdan sonra simptomlarında yaxşılaşma görmədiyini nəzərə alan tədqiqatçılar, fərdi müalicələr hazırlamaq üçün təxminən min adamla bir araşdırma aparıblar. 

 

“Nature Medicine” elmi jurnalında dərc olunan məqalədə əldə edilən nəticələri izah edən alimlər, 137 sağlam insanın, eləcə də əvvəllər depressiya və ya narahatlıq pozğunluğu diaqnozu qoyulmuş 801 insanın beyinlərini MRT (maqnit rezonans tomoqrafiya) ilə araşdırıblar. Tədqiqat çərçivəsində, iştirakçılar yatarkən beynin depressiya ilə əlaqəli olduğu bilinən bölgələri izlənilib və müxtəlif testlər edilib. Alimlər beynin müəyyən yollarının fəaliyyətinə əsaslanaraq 6 fərqli depressiya və ya narahatlıq növü müəyyənləşdiriblər. Sonra 250 nəfər təsadüfi olaraq üç antidepresantdan biri və ya danışıq terapiyası ilə müalicə almaq üçün təyin olunub. Terapiya beynin depressiya və problem həlli ilə əlaqəli hissələrində daha çox fəaliyyət göstərən insanlarda daha yaxşı işləyib. Araşdırmanın baş müəllifi professor Lİn Vilyams bildirib ki, bu, depressiyanın altında yatan beyin biologiyasının tam araşdırılmaması anlamına gələ bilər:

“Tədqiqatın nəticələri müxtəlif növ depressiya və ya narahatlıqdan əziyyət çəkən insanlar üçün daha təsirli müalicələrə yol aça bilər”.

 

Araşdırmanın həmmüəllifi professor Jun Ma izah edir ki, beynin funksiyaları haqqında biliklərə sahib olmaq, fərdlər üçün daha aydın müalicə və reseptlər hazırlamağa imkan verəcək.

 

Araşdırmada iştirak etməyən psixoterapevt Conatan Alpert bildirib ki, tədqiqat yaxşı aparılsa da, ilkin araşdırma kimi qəbul edilməlidir:

“Tədqiqatda yalnız bir psixoterapiya metodundan və yalnız üç antidepresantdan istifadə olunmasını problem yaradır. Alimlər iştirakçılara təsadüfi deyil, onların depressiya tiplərinə uyğun davranmalı və nəticələri uzun müddət izləməlidirlər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

İyulun 13-14-də Miri Yusif Yaşıl Teatrda olacaq

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Yeni Şuşanın köhnə ab-havası

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Amerika Kubokunun FİNALI

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB