Qarabağ Bəyannaməsi ilə dünyaya verilən MESAJ

21:41 10-07-2024 | icon 375 | Siyasət
Qarabağ Bəyannaməsi ilə dünyaya verilən MESAJ

Bəhruz Məhərrəmov: “Türk dövlətləri Şuşadan dünyaya vahid güc mərkəzi kimi səslənə bildi”

 

İyulun 5-6-da regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderləri Şuşa şəhərində keçirilən qeyri-formal sammitdə öz imzaları tarix yazdılar. Şuşa Bəyannaməsindən sonra Şuşada imzalanan Qarabağ Bəyannaməsi dünyaya, türk dünyasına növbəti mühüm mesajlarını verdi.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərəmov deputatlar mühüm məqamlara toxunublar

 

Deputat hesab edir ki, Qarabağ Bəyannaməsi Türk dünyası tarixində yeni mərhələ hesab olunmalıdır. İlk növbədə ona görə ki, qütbləşmənin dərinləşdiyi hazırkı həssas məqamda Türk dövlətləri Şuşadan dünyaya vahid güc mərkəzi kimi səslənə bildi. Deputat eyni zamanda qeyd edib ki, sənədin Şuşada imzalanması və Qarabağ Bəyannaməsi adlandırılması özlüyündə simvolik və prinsipial əhəmiyyət daşıyır:

 

“Qarabağ və Şərqi Zəngəzur 30 il müddətində işğal və təcavüzə məruz qaldığı bir dövrdə qlobal miqyasda BMT qətnamələrinə rəğmən beynəlxalq hüququn bu pozuntusu ilə bağlı heç bir real reaksiyalar gəlməmiş, Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə ərazi bütövlüyü məsələsində "prinsipial" mövqe göstərən Qərb Azərbaycan torpaqlarının 20 faizinin işğalda qalmasına susqunluq nümayiş etdirmişlər. Lakin Azərbaycan işğal və təcavüzə özünün güc və imkanları hesabına, hərbi-siyasi yolla son qoymuş, hazırda Livan ölçüdə ərazidə böyük quruculuq və bərpa prosesi böyük uğurla davam etdirilir. Həmçinin işğaldan azad olunmuş ərazilərdə əhalinin 30 illik məcburi köçkün həyatından sonra ləyaqətli şəkildə qayıdışının təmin olunması həyata keçirilir. Eyni zamanda Azərbaycanın artan güc və imkanları deməyə əsas verir ki, bölgədə məhz Bakının əməliyyat şəraitinə tam nəzarət etməsi gələcəkdə Ermənistanın və havadarlarının hər hansı təxribat cəhdlərinin, o cümlədən beynəlxalq hüququn sərhəd toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü prinsiplərinə istənilən təhdid perspektivini aradan qaldırır. Lakin görünən odur ki, münaqişəsiz bölgə bir çox Qərb dövlətlərinin və təsisatlarının maraqları ilə üst-üstə düşmür. Bu mənada, böyük əhali, ərazi və təbii ehtiyatlar potensialı ilə Türk dünyasının Azərbaycanın yanında olduğunu bəyan etməsi özlüyündə ciddi tarixi-siyasi hadisədir. Bu o deməkdir ki, Azərbaycanın beynəlxalq hüquq normalarında əksini tapan prinsiplərə əsaslanan mövqeyi dünyanın yüksələn gücü hesab edilən Türk dünyası tərəfindən qəti şəkildə dəstəklənməkdədir”.

 

B.Məhərrəmov qeyd edib ki, dərinləşən ziddiyyətlər fonunda Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində birmənalı şəkildə nəzarətə malik olan Türk dünyasının bu mövqeyi özlüyündə regionda sülh və sabitlik arzu etməyən qlobal subyektlər üçün ciddi siqnaldır. Onun fikrincə, Qərb subyektləri yaxşı başa düşür ki, bu xətlər olmadan iqtisadi və ticari maraqlarını nəinki regionda, bütövlükdə Avrasiya məkanında təmin etmək mümkün olmayacaq:

 

“Türk dünyasının Qarabağdan və Türk dünyası üçün prinsipial əhəmiyyət daşıyan Şuşadan bir daha birlik nümayiş etdirməsi özlüyündə Qərbin regiona yönəli siyasətinin də konturlarına birmənalı şəkildə təsir edəcək. Bu mənada, Qarabağ Bəyannaməsi Azərbaycan diplomatiyasının böyük uğuru, həmçinin Prezidentin Türk dünyasının birliyi adına, bütövlükdə türk tarixinin ən mühüm həmlələrindən biri hesab olunmalıdır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

İnternetin qiyməti ARTACAQ

Yuxu problemi olanlar üçün TƏKLİF

Beyləqanda çürümüş kişi meyiti tapıldı

Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Yeni radarlar: Cərimə yazmır, amma...

Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

Beyləqanda silahlı İNSİDENT

Prezidentin sabiq köməkçisi deputat olmaq İSTƏYİR

YAP-ın seçki TARİXİ

Beynəlxalq Azadlıq Cəbhəsi YARADILDI

Magistraturaya sənəd qəbulu prosesinin müddəti UZADILDI