“İkitərəfli inamın artırılması üçün Azərbaycan tərəfdən müvafiq addımlar atılacaq”

22:02 10-07-2024 | icon 296 | Siyasət
“İkitərəfli inamın artırılması üçün Azərbaycan tərəfdən müvafiq addımlar atılacaq”

 

Aydın Mirzəzadə: "Azərbaycan qarşı tərəfi konstruktiv münasibətlərə dəvət edir"

 

"Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdikdən sonra Ermənistanla normal qonşuluq qurmaq istəyini ortaya qoydu. Bunun üçün iş prinsipləri irəli sürülüb, sülh müqaviləsi üzərində işlər gedir, vaxtaşırı xarici işlər nazirləri və Baş nazir səviyyəsində görüşlər keçirilir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Mili Məclisin deputatı  Aydın Mirzəzadə bildirib.

 

A.Mizəzadə eyni zamanda digər əlaqələrin də yetərincə artmaqda olduğunu deyib:

 

“Bütün bunlarla yanaşı, Beynəlxalq tədbirlər çərçivəsində Parlament sədrlərinin görüşü də böyük əhəmiyyət kəsb edir. Bu artıq hər iki ölkə cəmiyyətinin bir-birinə inamın artmasına, tək dövlətlərarası deyil, xalq diplomatiyası metodlarının da işə düşməsinə səbəb olur. Parlament vətəndaşlar tərəfindən seçkili bir orqandır və onun rəhbərlərinin görüşü eyni zamanda cəmiyyətin fikrinin qarşı tərəfə çatdırılmasında böyük rol oynayır. Parlament sədrləri görüşündə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan milli maraqlarını qətiyyətlə qoruyur. Azərbaycan sülh istəyini ortaya qoyur, erməni tərəfinin vaxtaşırı dövriyyəyə buraxdığı yalanları ifşa edir və qarşı tərəfi konstruktiv münasibətlərə dəvət edir. Və qarşıdan gələn görüşlərdə də ikitərəfli inamın artırılması üçün Azərbaycan tərəfdən müvafiq addımların atılacağını gözləmək olar.”

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

İyulun 13-14-də Miri Yusif Yaşıl Teatrda olacaq

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Yeni Şuşanın köhnə ab-havası

Amerika Kubokunun FİNALI

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB