“Deputatların görüşü vacib görüşlərdən biri kimi səciyələndirilməlidir”

22:11 10-07-2024 | icon 427 | Siyasət
“Deputatların görüşü vacib görüşlərdən biri kimi səciyələndirilməlidir”

Hikmət Məmmədov: "Azərbaycan-Ermənistan deputatlarının görüşü yeni substantiv mərhəldə ilk görüşdür"

 

"Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması mürəkkəb proses oluğu üçün əlavə səylər tələb edir. Bu mənada rəsmi xarici siyasət institutları və liderlər arasında aparılan görüşlərlə bərabər, həm də hər iki parlamentin potensialı da prosesə cəlb olunub".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputat Hikmət Məmmədov bildirib.

 

Deputat qeyd edib ki, həlledici olmasa da, Parlament diplomatiyası da bu prosesə töhfələrini verə bilər:

 

"Sülh dayanıqlı, etibarlı, uzunmüddətli olmalıdır və bunun üçün də qanunverici orqanların bu prosesə dəstəyi çox vacibdir. Ona görə də belə görüşlərin keçirilməsi vacibdir. Nəticədə sırf qanunvericilik kontekstində sülh prosesinə maneə ola biləcək, önünü kəsə biləcək nələr varsa, bunlar nəzərə alınmaqla aradan qaldırıla bilər. Düşünürəm ki, parlament diplomatiyası xarici siyasətin birbaşa predmeti olmasa da, bütün hallarda milli diplomatiyanın resurslarından biri hesab edilir. Bu mənada Azərbaycan-Ermənistan deputatlarının görüşü vacib görüşlərdən biri kimi səciyələndirilməlidir”.

 

H.Məmmədov hazırda danışıqlar prosesində çox mühüm mərhələyə qədəm qoyulduğunu deyib. O, Azərbaycan Prezidentinin qeyd etdiyi fikirlərə istinad edərək, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının substantiv mərhələsinə cəmi 6 ay olar ki, qədəm qoyulduğunu vurğulayıb.

 

Deputat Prezidentin fikirlərinə istinadla bildirib ki, 2023-cü il sentyabrın 19-20-dən sonrakı mərhələ substantiv mərhələdir. Ona görə ki, sülhə maneə olan əsas problem aradan qaldırılıb və Qarabağda separatçılığın yuvası ləğv edilib:

 

“Hesab edirəm ki, parlament deputatlarının görüşü yeni substantiv mərhəldə ilk görüşdür. Ümid edirik ki, yaxşı nəticələrin əldə olunması üçün zəmin yarada bilər”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

İyulun 13-14-də Miri Yusif Yaşıl Teatrda olacaq

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Yeni Şuşanın köhnə ab-havası

Amerika Kubokunun FİNALI

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB