Pensiya yaşına qədər işsiz qalanlarla bağlı QƏRAR?

15:07 11-07-2024 | icon 280 | Cəmiyyət
Pensiya yaşına qədər işsiz qalanlarla bağlı QƏRAR?

Son zamanlar ictimaiyyətdə müzakirələrə səbəb olan məsələlərdən biri də işə qəbul olunma ilə bağlıdır. Pensiya yaşının 63,6 – 65 olmasına baxmayaraq, bir çox mütəxəssislər işçi axtararkən adətən 35 yaşdan yuxarı olanları işə qəbul etmirlər. Bu da haqlı narazılıqlar yaradır.

 

35 yaşında işə qəbul olunmayan şəxslər pensiya müddətinə qədər nə etməlidirlər?

 

AĞ Partiya başqanı Tural Abbaslı bu məsələ ilə əlaqədar onlara da çoxlu müraciətlərin daxil olduğunu bildirib. Onun sözlərinə görə, ən çox müraciət edənlər İkinci Qarabağ müharibəsində xəsarət alan şəxslərdir:

 

“44 günlük müharibədən sonra yaş məsələsi bir kənara, əksər gənclərimizdə fiziki məhdudiyyətlər yaranıb. Çoxuna əlillik dərəcəsi müəyyən etmirlər. Nəticədə bu adamlar təqaüd belə ala bilmirlər. Eyni zamanda, müharibədə aldığı travmaya görə işləmələri də çətin olur. Bu insanlar ortalıqda qalıblar”.

 

T.Abbaslı deyib ki, 35 yaşdan sonra işə qəbul olmaq doğrudan da çətindir:

 

“Bəzi sahələrdə təqaüdə daha tez çıxırlar. Sonra heç onlar da işə qəbul ola bilmirlər. Məsələn, biri 50 yaşında işdən çıxırsa, təqaüd yaşına 14 il qalmasına baxmayaraq, işə götürmürlər ki, “35-dən sonra qəbul etmirik”. Bunlar hamısı Seçki Məcəlləsində tənzimlənməli və konkret maddələr təyin edilməlidir. Fiziki güc tələb etməyən sahələrdən başqa hər yerdə yaş, cins məhdudiyyəti Əmək Məcəlləsində qadağan olunmalıdır. Bu, ayrı-seçkilikdir. Təəssüf ki, belə hal var və kifayət qədər də problem yaradır. Bütün müəssisələr 25-35 yaş arası işçi axtarır. Çox gənc götürmürlər ki, iş təcrübəsi yoxdur, yaşlı da götürmürlər ki, sərf etmir. Bu məsələnin həlli istiqamətində qanunvericilikdə təcili addımlar atılmalıdır. Təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) öz sahəsinə diqqəti artırmalıdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

İnternetin qiyməti ARTACAQ

Yuxu problemi olanlar üçün TƏKLİF

Beyləqanda çürümüş kişi meyiti tapıldı

Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Yeni radarlar: Cərimə yazmır, amma...

Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

Beyləqanda silahlı İNSİDENT

Prezidentin sabiq köməkçisi deputat olmaq İSTƏYİR

YAP-ın seçki TARİXİ

Beynəlxalq Azadlıq Cəbhəsi YARADILDI

Magistraturaya sənəd qəbulu prosesinin müddəti UZADILDI