Prezidentin adından reallığı əks etdirməyən SAXTA MƏLUMATLAR

18:38 11-07-2024 | icon 251 | Gündəm
Prezidentin adından reallığı əks etdirməyən SAXTA MƏLUMATLAR

Bir sıra saxta sosial şəbəkə hesablarda edilən paylaşımlar vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından guya vətəndaşların ölkənin bank sektoruna investisiya qoymağa təşviq edən videomüraciət yayılıb. Bildiririk ki, qeyd olunan videomüraciət “deep-fake” texnologiyası ilə hazırlanıb və heç bir reallığı əks etdirməyən saxta məlumatdır.

 

Versus.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Medianın İnkişafı Agentliyinin yayımladığı birgə məlumatda bildirilib.

 

Birgə məlumatda cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladılıb ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır:

 

“Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatəsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik. 

“Deep-fake” texnologiyalarından istifadə edərək hazırlanmış qeyd olunan saxta və yalan videomüraciət, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

İnternetin qiyməti ARTACAQ

Yuxu problemi olanlar üçün TƏKLİF

Beyləqanda çürümüş kişi meyiti tapıldı

Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Yeni radarlar: Cərimə yazmır, amma...

Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

Beyləqanda silahlı İNSİDENT

Prezidentin sabiq köməkçisi deputat olmaq İSTƏYİR

YAP-ın seçki TARİXİ

Beynəlxalq Azadlıq Cəbhəsi YARADILDI

Magistraturaya sənəd qəbulu prosesinin müddəti UZADILDI