Bu deputatlar seçki ilə bağlı qərar verdi - Geri çəkilən var

10:52 19-07-2024 | icon 367 | Siyasət
Bu deputatlar seçki ilə bağlı qərar verdi - Geri çəkilən var

Milli Məclisin bir sıra müstəqil deputatları sentyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edib-etməmək barədə qərar qəbul ediblər.

 

Versus.az xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərini açıqlamasından sonra müstəqil deputatlar da qərarlarını veriblər.

 

Yazıçı, Əməkdar jurnalist Aqil Abbas 85 saylı Füzuli-Ağcabədi seçki dairəsindən namizəd olacaq. O, bundan əvvəl də Ağcabədi-Füzuli seçkidə dairəsindən deputat seçilib. İndiyədək 4 dəfə deputat seçilən Aqil Abbas beşinci dəfə namizədliyini irəli sürəcək.

 

Azər Kərimli də seçkilərdə iştirak etmək qərarı verib. O, 111 saylı Zaqatala–Balakən seçki dairəsindən namizədliyini irəli sürüb. Azər Kərimli indiyədək 5 dəfə Qaxdan deputat seçilib.

 

Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev 28 saylı Sabunçu Üçüncü seçki dairəsindən namizəd olacaq. II, III, IV, V və VI çağırışda depuat olan Eldar Quliyev Milli Məclisin Hesablayıcı Komissiyasının sədridir.

 

4 dəfə deputat seçilən Rüfət Quliyev isə bu dəfə namizəd olmayacaq. O, sonuncu dəfə 73 saylı Lənkəran şəhər seçki dairəsindən mandat qazanıb.

 

Xanım deputatlardan Nigar Arpadari və Könül Nurullayeva da seçkidə iştirak edəcəklər. Onlar müvafiq olaraq 7 saylı Səbail və 24 saylı Nizami birinci seçki dairələrindən namizəd olacaqlar. Hər ikisi VI çağırışda ilk dəfə deputat olublar.

 

Rasim Musabəyov da seçkidə iştirak edəcək. İndiyədək 3 dəfə deputat seçilən politoloq bu dəfə 18 saylı Nərimanov - Nizami - Binəqədi seçki dairəsindən namizəd olacaq.

 

Milli Məclisin qocaman deputatlarından olan Ziyad Səmədzadə isə hələlik seçki barədə qərar verməyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Seluelit deyib keçirik, əslində isə...

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Azərbaycan onun qoyduğu siyasi kursla irəliləyir

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ