Dünya şöhrətli pop-musiqiçi ilk dəfə Azərbaycanda
O, konsertin sonunda tamaşaçılarla Azərbaycan dilində danışıb
Enrike Martin Morales, daha çox Riki Martin kimi tanınan dünya şöhrətli Puerto-rikalı ifaçı ilk dəfə olaraq Bakıda möhtəşəm konsert ilə çıxış edib.
Versus.Az xəbər verir ki, “İticket production”ın və “Dream Events”in təşkilatçılığı ilə Sea Breeze Resort Mərkəzində baş tutmuş tədbirdə 7 mindən çox insan iştirak edib.
Konsertə görə, 7-8 km uzunluğunda tıxac yaranıb.
Gecədə hitlərini səsləndirən ulduzu dinləməyə gələnlər sırasında sənətçilər də olub.
Riki Martin konsertdə olan tamaşaçıları azərbaycanca salamlayıb. Rəqqasları ilə şou göstərən sənətçi tədbir zamanı bir neçə libas dəyişib.
Konsertin sonunda tamaşaçılara Azərbaycan dilində "çox saĝ olun" deyərək, təşəkkürünü bildirən ifaçı bir daha Bakıya konsert proqramı ilə gəlməyinə söz verdi.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb
Sənətkarın qızı Nigar Əhmədova atası ilə bağlı xatirələrini bölüşüb