Xankəndi və Xocalıda məktəblər AÇILACAQ

14:26 05-08-2024 | icon 300 | Təhsil
Xankəndi və Xocalıda məktəblər AÇILACAQ

Xocalı şəhər tam orta məktəb üçün 132 şagird yerlik binada cari təmir işləri 100% tamamlanıb.

 

Versus.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Qeyd edilib ki, iyul ayı ərzində nəzərdə tutulan işlər yekunlaşıb:

 

"Cari ildə istifadəyə verilməsi nəzərdə tutulub. Xankəndi şəhər Kərkicahan qəsəbə tam orta məktəbi üçün 624 şagird yerlik binada cari təmir işləri aparılır. İyul ayı ərzində nəzərdə tutulan işlər (təxminən ümumi işin 45%-i) görülmüşdür. İşlərin 70%-i yerinə yetirilib. Daxildə kafel-metlax, bəzək işləri, taxta döşəmənin cilalanması, elektrik və santexnik işləri görülür. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulub. Əlavə olaraq, Xankəndi şəhərində ümumi təhsil müəssisəsində təmir-tikinti işləri aparılaraq cari ildə istifadəyə verilməsi nəzərdə tutulub".

 

Xatırladaq ki, 16 noyabr 2022-ci il tarixli Sərəncam ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işləri həyata keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

Kremldən ABŞ-yə ÇAĞIRIŞ

"Formula-2" yarışına start verildi

AFFA-nın İcraiyyə Komitəsi toplaşır

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Yeni tələbələrin NƏZƏRİNƏ

"O, şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim"

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

“Formula-1″lə əlaqədar sürücülərə MÜRACİƏT

Yeni Günəşlidə sakinlər şikayətçidirlər

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək