"Azərbaycanla təzyiq dili ilə danışmağın əks təsirləri çox ağır olur"
Ədalət Verdiyev: "Bakıya qarşı təzyiq cəhdləri əvvəllər də olub, indi də var, gələcəkdə də olacaq"
"Azərbaycanda həbsdə saxlanılan erməni separatçılarının rəhbərləri kifayət qədər çox sayda və ağır müharibə cinayətlərində ittiham olunurlar".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
O, qeyd edib ki, erməni əsirlərin azadlığa buraxılmaları üçün Bakıya qarşı təzyiq cəhdləri əvvəllər də olub, indi də var, gələcəkdə də olacaq:
“Amma bu cəhdlər heç bir nəticə verməyəcək. Çünki həmin şəxslər Azərbaycana qarşı törətdikləri soyqırım cinayətlərini, etnik təmizləməni və digər müharibə cinayətlərini öz dilləri ilə etiraf ediblər. Onların məhkəməyə çıxarılması və uzun müddətə azadlıqdan məhrum edilməsi də zaman məsələsidir.
İndiyə qədər də Azərbaycana qarşı təzyiq cəhdləri heç bir nəticə verməyib, bundan sonra da heç bir nəticə verməyəcək. Əksinə, həmin təzyiq dili ilə danışanların başında gələn məhz Fransa prezidenti Makron idi. Hazırda Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə görə demək olar ki, Makronun komandasının fəaliyyətini darmadağın edib. Hazırda Fransa Azərbaycana qarşı çıxış etdiyinə görə dərin peşimançılıq hissi keçirir. Amma bu da bir fayda vermir. Ona görə də Azərbaycana qarşı təzyiq cəhdləri göstərmək istəyənlərin aqibəti Makronun aqibətindən çox da fərqlənmiyəcək”.
Ekspert bildirib ki, Ermənistan tərəfi Azərbaycan tərəflə təhdid, təzyiq dili ilə danışmağa cəhd edirdi:
"Amma Azərbaycan Prezidenti İlham Əliyevin və qəhrəman ordumuzun sayəsində Ermənistan döyülmüş, alçaldılmış bir fərarilər ölkəsinə çevrilib. Odur ki, Azərbaycanla əməkdaşlıq etmək, tərəfdaşlıq, dostluq, qonşuluq etmək olar, amma təzyiq dili ilə danışmaq olmaz. Bunun əks təsirləri çox ağır olur”.
TAHİRƏ
Xəbər lenti
Britaniya kral ailəsində ilk
Keyt Middlton və Şahzadə Uilyamdan kamera qarşısında eşq görüntüləri