Bu ölkəyə vizasız gedə BİLƏCƏYİK

13:47 09-08-2024 | icon 918 | Gündəm
Bu ölkəyə vizasız gedə BİLƏCƏYİK

Mərakeş və Azərbaycan arasında vizadan azad edilməsi haqqında saziş avqustun 28-dən rəsmi olaraq qüvvəyə minəcək.

 

Versus.Az xəbər verir ki, bu barədə Mərakeşin Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, sözügedən tarixdən etibarən Azərbaycan vətəndaşları pasportlarının ölkəyə giriş tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərtilə Məraakeşə 90 günə qədər qalma müddəti ilə vizasız gedə biləcəklər. Eynilə, Mərakeş vətəndaşları da Azərbaycana səfər etdikləri zaman vizasız imtiyazlardan yararlanacaqlar:

 

"Bu viza azadlığının Mərakeş və Azərbaycan arasında mövcud səyahət, turizm və biznes mübadiləsini əhəmiyyətli dərəcədə artırması gözlənilir. Diqqətəlayiqdir ki, avqustun 28-də Mərakeş ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü (28 avqust 1992-ci il) də qeyd olunur. Vizasız rejimin tətbiqinin bu tarixdə olması da bu iki ölkəni birləşdirən qardaşlıq münasibətlərinin dərinləşməsinə olan qarşılıqlı sadiqliyin sübutudur".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

Kremldən ABŞ-yə ÇAĞIRIŞ

"Formula-2" yarışına start verildi

AFFA-nın İcraiyyə Komitəsi toplaşır

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Yeni tələbələrin NƏZƏRİNƏ

"O, şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim"

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

“Formula-1″lə əlaqədar sürücülərə MÜRACİƏT

Yeni Günəşlidə sakinlər şikayətçidirlər

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək